Sizin reklam burada

Yığma “AAAF Park”da toplanış keçir

Title
Yığma “AAAF Park”da toplanış keçir
Ağır atletika üzrə gənclərdən ibarət yığmamız Xırdalanda yerləşən “AAAF Park” Yaşayış Kompleksinin idman zalında təlim-məşq toplanışını davam etdirir. Millinin baş məşqçisi Elnur Hüseynov AAAF TV-yə hazırlıq prosesi haqda məlumat verib: “İdmançılar arasında ab-hava yüksəkdi. Nəticələr gündən-günə daha da yaxşılaşır. Həftədə 3 gün iki, 3 gün isə bir məşq keçirik. Bizim üçün yaradılan şərait çox gözəldi. Buna görə federasiya rəhbərliyinə minnətdarlığımızı bildirirəm”.
Qeyd edək ki, bu il gənclərin əsas sınağı oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.