Sizin reklam burada

Prosineçki ilk turda da olmayacaq

Baxış Sayı:555

Prosineçki ilk turda da olmayacaq
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də yığmanın baş məşqçisi Robert Prosineçki ilə bağlıdı. İyunun 10-dan – Şimali İrlandiya ilə seçmə mərhələ oyunundan (0:1) sonra ölkəmizi tərk edən xorvat çalışdırıcı hələ də qayıtmayıb. Mütəxəssisin məzuniyyətə yollandığını bilirik. Bununla belə, 2 aydan artıq müddətdə yığmanın çalışdırıcısının istirahət etməsi qəribədi. Sentyabrın əvvəlində millini DÇ-nin seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. Avrokubok matçlarında stadionda olmayan Prosineçkinin heyətlə bağlı seçimi necə edəcəyi maraq doğurur. Artıq ölkə çempionatı da start götürüb, lakin xorvat mütəxəssisdən xəbər-ətər yoxdu.
Onun nə vaxt vətənə dönəcəyini AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Firuz Abdulladan soruşduq: “Prosineçki avqustun 15-dən sonra gəlməlidi. Onun müqaviləsində il ərzində 3 ay məzuniyyət nəzərdə tutulub. Müddəti özü bölə bilər. Adətən, məzuniyyətini çempionat olmayan vaxtda götürür. Bildiyimə görə, klubların avrokubok matçlarını izləmək kimi bir məcburiyyəti yoxdu”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR