Sizin reklam burada

“Kopenhagen” 75 azarkeş və 5 jurnalist ilə gəlir

Müəllif: football Tarix: 13-08-2017, 12:59 674 Baxış
“Kopenhagen” 75 azarkeş və 5 jurnalist ilə gəlir
Dünən premyer-liqanın ilk turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” bugündən sırf “Kopenhagen”lə oyunun hazırlığına start verəcək. Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının pley-offunda Danimarka çempionu ilə üzləşəcək ağdamlılar məşqlərə ara verməyəcək.
Rəqibə gəlincə, “Kopenhagen” Bakıya bazar ertəsi gündüz saatlarında təşrif buyuracaq. Qonaqların “Hilton” otelində məskunlaşacağını qeyd edək. Həmin gün həmçinin axşam məşqi nəzərdə tutulub. Ümumiyyətlə, baş məşqçilərin oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin saatı bu gün dəqiqləşəcək. Danimarka təmsilçisinin ölkəmizə qələbəlik heyətlə gələcəyini də əlavə edək. İlk növbədə onu vurğulayaq ki, “Qarabağ” – “Kopenhagen” matçında qonaq komanda azarkeşsiz qalmayacaq. Doğma klublarına dəstək olmaq üçün Bakıya 75 danimarkalı fanat gələcək. Belə ki, “Kopenhagen” rəhbərliyi onların paytaxtımıza səfərinə yardımçı olmağı öhdəsinə götürüb. Danimarka çempionu vizası olub, kluba müraciət edən adamları havayı biletlə təmin edəcək. Bundan başqa, qarşı tərəfin müraciətinə əsasən, 5 qonaq jurnalist də ayın 15-dəki oyun üçün akreditasiyadan keçirilib. Bu arada cavab görüşünün biletləri də artıq satışa çıxarılıb. Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasındakı cavab oyunu avqustun 23-də keçiriləcək.
MİRAĞA
SON XƏBƏRLƏR