Sizin reklam burada

“İnter” “İnter Arena”da qalacaq

Müəllif: football Tarix: 10-08-2017, 16:32 798 Baxış
“İnter” “İnter Arena”da qalacaq
“İnter”in Azərbaycan Beynəlxalq Bankına (ABB) 33 milyon borcu olduğunu xəbər vermişdik. Lakin bu pulu “Aqrarkredit” QSC götürməliydi. AFFA-nın himayəsində olan klubun QSC-yə ödəməyə pulu yoxdu. Bu üzdən klub “İnter Arena”dan çıxarılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hətta AFFA “İnter”ə yeni məkan da seçmişdi. Komanda bundan sonra ev oyunlarını “Dalğa Arena”da keçirməliydi. Bundan öncə klubdan aldığımız məlumatlarda köç prosesinin yekunlaşmaq üzrə olduğu bildirilirdi. Amma çempionatda yeni mövsümün startına sayılı günlər qalmış “İnter”ə şad xəbər gəlib. Klub “İnter Arena”nı tərk etməyəcək. Klub saytının yaydığı məlumatda deyilir ki, AFFA və "Aqrarkredit" arasında aparılan danışıqlar nəticəsində “İnter”in əsas və uşaq futbol komandalarının 2017/2018 mövsümü ərzində “İnter Arena” stadionunda qalaraq fəaliyyət göstərməsinə qərar verilib. Bundan sonra “Keşlə” adlanacaq komanda növbəti mövsümdə ev oyunlarını “İnter Arena” stadionunun əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da “İnter Arena” stadionunda fəaliyyət göstərəcək. Məsələ ilə bağlı “İnter” və “Aqrarkredit” rəsmilərindən açıqlama almaq istəsək də, bu, mümkün olmadı. Bütün telefon zənglərimiz cavabsız qaldı.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR