“Tottenhem”in sabiq baş məşqçisi Nunu Eşpiritu Santunun yeni iş yeri məlum olub.
Portuqaliyalı mütəxəssis Asiyaya yollanıb. O, bundan sonra “Əl-İttihad”ı çalışdıracaq. Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatında tərəflərin 2 illik müqavilə imzaladıqları bildirilir.
Qeyd edək ki, Eşpiritu Santu “Tottenhem”i ötən mövsümün ilk dövrəsində çalışdırıb. 48 yaşlı məşqçi daha əvvəl “Riu Ave”, “Valensiya”, “Portu” və “Vulverhempton”a da başçılıq edib.
Avropadan Asiyaya yollandı
Dünya futbolu
