Sizin reklam burada

Ramil Quliyev finalda!

Baxış Sayı:637

Ramil Quliyev finalda!
Ramil Quliyev finalda!
Böyük Britaniyanın paytaxtı Londonda atletika üzrə dünya çempionatı davam edir. Dünən Hayle İbrahimov 5000 metr məsafəyə qaçış üzrə seçmə mərhələdə qüvvəsini sınayıb. Yağışlı hava şəraitində baş tutan mübarizədə efiopiyalı legioner uzun müddət ilk "5-lik"də yer alıb. Ancaq son 100 metrəyə daxil olarkən büdrəməsi qara dərili atleti geri salıb. Nəticədə finişə 13 dəqiqə, 32,15 saniyəyə çatan İbrahimov start xəttinə çıxan 21 iştirakçı arasında 12-ci olub və finala yüksələ bilməyib. Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyev isə 200 metr məsafəyə yarımfinal qaçışında 20,17 saniyəlik nəticəylə bütün rəqiblərini qabaqlayıb və bu gün baş tutacaq finalda qaçmaq hüququ qazanıb. Bu gün həm də 3 təkanla tullanmada kubalı legioner Aleksis Kopellonun finalda yarışacağını da xatırladaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR