“Araz”a baxışa gələn var: Cumber, yoxsa Cəbrayıl?
Oktyabrda keçiriləcək UEFA Futzal kubokunun əsas mərhələsinə və premyer-liqada 2017/18 mövsümünə hazırlaşan “Araz” məşqləri davam etdirir. Komandadakı son dəyişiklikdən xəbərdarsız. Belə ki, Naxçıvan təmsilçisi qarşılıqlı razılıq əsasında braziliyalı legioneri Vassura ilə müqaviləyə xitam verib, baxışda olan İbrahim Cəlilovu isə bəyənməyərək yola salıb. Bundan başqa, “Terek”in əvəzedicilərinin kapitanı olmuş Ramil Quliyevlə münasibətləri rəsmiləşdirib. Seleksiya axtarışlarını davam etdirən “Araz”a Rusiyadan daha bir futzalçı baxışa dəvət olunub. Hücumçudu, 1993-cü ildə Saratovda doğulub, “Qazprom-Saratov” və “Proqress”də çıxış edib. Ad-soyad məsələsinə gəlincə, burda məsələ bir az qəlizdi. Baxışa gələn futzalçının pasportunda ad-soyadı Cəbrayıl Alxanov göstərilib. Ancaq onun əvvəlki klublarının heyəti, eləcə də Rusiya Mini Futbol Federasiyasının saytında araşdırma apardıqda “Alxanov Cumber” adına rast gəldik. Dəqiqləşdirmə apardıqda məlum oldu ki, hər ikisi eyni adamdı, sadəcə, adını dəyişib. Nə baş veribsə, bu ilin yazından sonra olub. Hər halda, Alxanov apreldə “Proqress”in rəsmi saytına verdiyi müsahibədə Cumber kimi təqdim olunub.
Qeyd etdiyimiz kimi, Alxanov 1993-cü ildə Saratov vilayətinin Arkadak şəhərində anadan olub, 7 yaşından futbolla, 12 yaşından isə futzalla məşğul olmağa başlayıb. İlk klubu vilayətin “Qazprom-Saratov” komandası olub, 2016-cı ilin avqustunda “Proqress”ə keçib. Ancaq bu il mayın 5-də Qlazov təmsilçisindən ayrılıb. Superliqaya heç də pis başlamayan Alxanov martda “Dina” ilə matçda ağır zədə alaraq mövsümün sonunu boşa verib. Rusiya çempionatında 20 oyuna çıxan 24 yaşlı futzalçı 8 dəfə fərqlənməyi bacarıb, 2 matçda isə qırmızı vərəqə alıb.
MİRAĞA

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər