Sizin reklam burada

AFFA “Feyenoord”un futbolçusunu “milliləşdirdi”

Baxış Sayı:603

AFFA “Feyenoord”un futbolçusunu “milliləşdirdi”
AFFA rəhbərliyi daha bir futbolçunu “milliləşdirərək”, Azərbaycan pasportu ilə təmin edib. Söhbət Orkun Kökçüdən gedir. O yığmanın daha bir “milliləşdirilmiş” üzvü, bu yay “Bursaspor”la müqavilə bağlayan Özancan Kökçünün kiçik qardaşıdı. Bir neçə ay öncə “Feyenoord”la peşəkar müqavilə bağlayan Orkun Təbriz Həsənovun rəhbərlik etdiyi U-19-un şərəfini qoruyacaq. 17 yaşlı futbolçu vaxtilə Hollandiyanın U-15 və U-17 yığmalarının heyətinə cəlb olunub. Bir ara Türkiyə Futbol Federasiyası da Orkuna maraq göstərsə də, o böyük qardaşının yolu ilə getməyə qərar verərək, AFFA-nın təklifini müsbət qarşılayıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR