• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“İnter” yenə “Zirə”ni məğlub edə bilmədi

7 avq, 17 - 20:44867

“İnter” yenə “Zirə”ni məğlub edə bilmədi
Ayxan Abbasov: “Komandamın bir cəhətindən xüsusilə razı qaldım”
Avroliqada mübarizəni başa vuran “İnter” premyer-liqaya hazırlığı davam etdirir. “Dalğa Arena” və Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında məşq edən komanda premyer-liqanın startı ərəfəsində son yoxlama oyununda qüvvəsini sınayıb. Zaur Svanadzenin rəhbərlik etdiyi komanda premyer-liqanın digər iştirakçısı, Avroliqada mübarizə aparmış “Zirə” ilə qarşılaşıb. BOS-un ehtiyat meydançasında baş tutan qarşılaşmada “İnter bu heyətlə meydana çıxıb: Orxan Sadıqlı, Adrian Skarlatake, Denis Silva, Tərlan Quliyev, Fuad Bayramov, İlkin Qırtımov, Sərtan Taşkın, Mirhüseyn Seyidov, Mirsahib Abbasov, Pərdis-Fərcad Azad, Rauf Əliyev. “Zirə”nin ilk “11-liy”i isə belə olub: Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Yusif Nəbiyev, Qabriel Matey, Mustafayev Vüqar, Viktor İbokoyi, Milan Duric, David Manqa, Təmkin Xəlilzadə, Orxan Əliyev. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov fasilədən sonra heyətdə dəyişikliklər edib. İkinci hissədə bu oyunçular da şans qazanıb: Kamal Bayramov, Aleksandr Şemonayev, Nicat Qurbanov, Vüsal İsgəndərli, Sadiq Quliyev, Ilkin Muradov, Murad Səttarlı, Elgün Nəbiyev, Müşfiq İlyasov.
Qarşılaşma mübarizə şəraitində keçib. Öncə “qartallar” Təmkin Xəlilzadənin dəqiq zərbəsiylə hesabı açıb. Daha sonra isə Mirsahib Abbasov tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb. Lakin ikinci yarıda Abbasovun komandası qələbə qolunu vura bilib. David Manqa komandasına qələbə qazandırıb. Maraq üçün qeyd edək ki, “İnter” indiyə kimi “Zirə”ni məğlub edə bilməyib. Bu komandalar arasında Türkiyədə gerçəkləşən təlim-məşq toplanışı dönəmində baş tutan yoxlama oyunu da qəsəbə klubunun 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.
Oyunla bağlı hər iki komandanın baş məşqçiləri ilə danışmağı lazım bildik.
Zaur Svanadze: “Oyun pis keçmədi. Yaxşı hücumlar təşkil etdik. Amma bir çoxunu qola çevirə bilmədik. Rəqibin də kifayət qədər şansları oldu. Odu ki, meydanda bərabərsəviyyəli oyunun getdiyini qeyd edə bilərəm. Uşaqlardan Samir Zərgərovla Elnur Abdullayevə istirahət vermişdim. Digər oyunçuların hamısı şans qazandı. Nizami Hacıyev ikinci hissənin ortalarında meydana çıxdı. Lakin tezliklə əvəzləndi. Onun ayağında müəyyən problem var. Ümid edirəm ki, çempionatın startına kimi bu problem aradan qalxacaq. Qapımıza vurulan ilk qol bir az kuryoz alındı. Top qapı dirəyinə dəydi, sonra da qapıçımıza toxunub tora daxil oldu. Buraxdığımız ikinci qol isə daha pis idi. Müdafiəçimiz topu rəqib hücumçuya bağışladı. Özü də heç bir təhlükə olmayan yerdə. 1:2 hesabı pis deyil. Çatışmazlıqları aradan qaldırmalıyıq. Qarşıdan çempionat gəlir. Vaxtdan maksumum istifadə edib, hazırlıq səviyyəsini ən yaxşı həddə çatdırmalıyıq”.
Ayxan Abbasov: “Dünən (srağagün) çempionat ərəfəsində son yoxlama oyununda qüvvəmizi sınadıq. “İnter”ə qarşı oyun normal keçdi. Son iki həftədə uşaqlar ağır qrafikdə işləmişdi. Yaxşı məşqlər keçmişdilər. Oyunu bəyəndim. Komandamın bir cəhətindən xüsusilə razı qaldım. Bu da futbolçuların meydanda hərəkəti idi. Hava isti olsa da, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Hazırda heyətimizdə iki futbolçu zədəlidi. Bunlar Jozef Bum və Riçard Qadzedi. Riçard ilk tura kimi hazır olmalıdı. Bumun isə 2 həftə sonra sıralarımıza dönəcəyini gözləyirik. Komandada durum normaldı. Hər kəs çempionatın başlamasını gözləyir. İlk turda rəqibimiz “Səbail” olacaq. Yeni komandadı. Samir Əliyevin işini çox yaxşı bilirəm. Onun komandaları həmişə əzmkar olub. Bu üzdən çətin olacağını anlayırıq”.
ŞƏFİ ŞƏFİYEV

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Zirə": 140 oyun, 9 kapitan
backend
Transfer dosyesi
backend
Orxan Sadıqlı “Zirə”də
backend
"Zirə" qələbə ilə dönür
backend
“Zirə”dən növbəti heç-heçə
backend
Zirə” Boluda ərəblərlə “sülh bağladı”
backend
“Zirə” Pərdisdən cavab gözləyir
backend
“Zirə” 6 futbolçu ilə anlaşdı
backend
Premyer-liqanın statistik mənzərəsi
backend
Turun statistikası
backend
Turun statistikası
backend
Turun statistikası
backend
Turun statistikası
backend
“Zirə”ni Maksimovun əvəzetmələri yıxdı
backend
Turun məşqçisi
backend
Turun məşqçisi
backend
“Zirə” “Səbail”dən güclü oldu
backend
Turun statistikası
backend
Turun statistikası
backend
Turun məşqçisi
backend
Turun məşqçisi
backend
Turun statistikası
backend
TURUN MƏŞQÇİSİ
backend
“Zirə” ruslara uduzdu
backend
"Zirə" rumınları məğlub etdi
backend
"Keşlə"dən 3-cü qələbə
backend
"Zirə" əvəzedicilərinə rəhm etmədi
backend
Sarı vərəqə sayında Şəhriyar Əliyevə çatan yoxdu
backend
TRANSFER DOSYESİ
backend
1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox
backend
“Zirə” yoldaşlıq oyununda da “Qəbələ”dən güclü oldu
backend
Xal itkisi “Zirə”yə baha başa gəldi
backend
“İnter” divizion klubunu yenə bilmədi
backend
TURUN MƏŞQÇİSİ
backend
“Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi
backend
“Zirə” “Səbail”in debütünü korladı
backend
“İnter” döyüşdü, sevinən “Qəbələ” oldu
backend
“Zirə” “Astra”nın acığını “Şüvəlan”dan çıxdı
backend
“İnter” yoxlama oyununda bir qolla kifayətləndi
backend
“Zirə”dən gözəl debüt və tarixi qələbə

GÜNÜN XƏBƏRİ

backend
“Sabah”a niyyət, “Qarabağ”a qismət
16 may, 22 - 19:5693

XƏBƏR LENTİ

Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Millimiz Gürcüstana uduzdu
22:1216 may
Ten Haq Ronaldonu komandada saxlamaq istəyir
21:5516 may
"Yuventus" Qabrieli transfer edə bilər
21:3316 may
"Qarabağ"ın legioneri Millətlər Liqasının oyunlarına çağırılıb
21:1516 may
“Barselona” daha bir müqavilə hazırlığı
20:5016 may
Bundesliqada ən yaxşı seçildi
20:2816 may
Simeone "Atletiko"da qalacaq
20:0716 may
“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL
19:5616 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu
19:4816 may
Mbappe "Real"da bu qədər qazanacaq
19:3516 may
Türk boksçu rinqdə öldü
19:1316 may
"Barselona" "Vulverhempton"dan oyunçu alır
18:5316 may
Azərbaycan derbisinin qiyməti 5 manat
18:2016 may
Millimiz Latviya ilə qarşılaşacaq
18:0916 may
Millinin üzvü “Sabah”ın hədəfində - ÖZƏL
18:0016 may
Van Anholt əsəbləşdi, Arda onu sakitləşdirdi
17:4616 may
FİFA hakimi testlərdən keçə bilmədi
17:3016 may
''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?
17:0316 may
Suares "Atletiko" ilə vidalaşdı
16:4816 may
Azərbaycan tarixində 27-ci qrossmeyster
16:2716 may
"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL
16:0916 may
Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL
15:5716 may
Namik Ələskərov "Bursaspor"dan gedir
15:5216 may
Di Mariya "Yuventus"a keçə bilər
15:3316 may
"Alaves" də La Liqanı tərk edir
15:1816 may
"Qarabağ" - "Neftçi" matçının başlama vaxtı bəlli oldu
14:5416 may
Son turun təyinatları açıqlandı
14:4416 may
“Son 10 ildə bu işə böyük pullar qoymuşuq” - AÇIQLAMA
14:4316 may
"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA
14:3616 may
Svitolina rusları qəzəbləndirdi - AÇIQLAMA
14:1016 may
Azərbaycanlı şahmatçı İtaliyada yarışda iştirak edəcək
13:5416 may
"Bu qələbə inanmayanlara gəlsin" - Asif Məmmədov
13:4516 may
Millimiz Polşada təlim-məşq toplanışı keçir
13:3216 may
Qazaxıstandan Azərbaycan millisi üçün şad xəbər
13:1016 may
“Maşın etibarlı, ancaq ləng olsaydı, nə faydası olacaqdı?!” - MÜSAHİBƏ
12:5216 may
"Sabah"dan qeyri-adi etiraz - VİDEO
12:3116 may
Türkiyə klubundan azərbaycanlı qazilərə jest - FOTOLAR
12:2116 may
MHL-in rekordçusu karyerasını bitirdi
12:1116 may
"Qarabağ" Azərbaycan futbolunda əsrin rekorduna imza atdı
11:5016 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə