Sizin reklam burada

U-19 toplanışı darmadağınla başa vurdu

Baxış Sayı:614

U-19 toplanışı darmadağınla başa vurdu
19 yaşadək futbolçulardan ibarət yığma təlim-məşq toplanışını başa vurub. İyulun 24-də hazırlığa başlayan Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın toplanışı dünən yekunlaşıb. Avqustun 5-də isə yığmanın son sınaq matçı baş tutub. Son rəqib birinci divizion təmsilçisi “Qaradağ Lökbatan” olub. Mərdəkanda baş tutan oyunda yığma lökbatanlılara futbol dərsi keçib. Belə ki, Həsənovun yetirmələri rəqib qapısından 5 cavabsız top keçirib. Yığmanın heyətində Bahadur Həziyev (MOİK), İbrahim Əliyev (Neftçi), Rafael Məhərrəmli, Nadir Qasımov (hər ikisi “İnter”) və Xaqani Sadıqov (Qarabağ) fərqlənib.
Qeyd edək ki, U-19 təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirib və bunların heç birində məğlub olmayıb. Yığma “Binə”, “Qaradağ Lökbatan” (hər ikisi 5:0) və “Şüvəlan”ı (2:0) yenib, “Kəpəz”lə “Qarabağ”ın əvəzediciləriylə heç-heçə (hər ikisi 1:1) edib. Yığmanın avqustun sonunda növbəti toplanışı planlaşdırılıb. Hazırda beynəlxalq oyun keçirmək üçün rəqib axtarışı davam etdirilir. Rəqib tapılmasa, U-19 yenə Bakıda hazırlıq keçəcək və böyük ehtimalla, bu dəfə əsas komandanın üzvlərini, eləcə də “milliləşdirilən” legionerləri də düşərgəyə dəvət edəcək.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR