Yığmanı ermənilərə rus hakim uduzdurub?
Elşən Yusubov: “Basketbolçularımızın cərimələri 4-ə çatandan sonra kişiləşdilər”
16 yaşadək basketbolçulardan ibarət yığmamızın Andorrada təşkil olunan Avropa çempionatının C divizionunda bürünc medal qazandığını bilirsiz. B qrupunda yer alan millimiz Monako (74:63), Albaniya (78:66) və San Marinoya (90:62) qalib gəldikdən sonra Andorraya (66:67) uduzdu. Nəticədə Elşən Yusubovun komandası qrup ikincisi kimi yarımfinala yüksəldi. Basketbolçularımız finalın biraddımlığında A qrupunu maksimum nəticəylə başa vuran Ermənistanla bacarmadı – 76:88. Yığma son qarşılaşmada Andorradan məğlubiyyətin əvəzini artıqlamasıyla çıxaraq (75:55) üçüncü yerlə təsəlli tapdı.
Millimizin baş məşqçisi ilə əlaqə saxlayıb, turnir təəssüratını öyrəndik: “Komanda özünü yaxşı tərəfdən göstərdi. Turnirə 3 qələbəylə başladıq. Millimizi favoritlər sırasında görmürdülər. Monako, San Marino və Albaniyaya qalib gəlməyimiz çoxlarını təəccübləndirdi. 5-6 basketbolçumuz nisbətən təcrübəli idi. Qalanları isə gələcək adına perspektiv vəd edən, amma oyun təcrübəsi olmayan yeniyetmələrdi. Ramiz Quliyev, Rəvan Əliyev, Cəbrayıl Əkbərov daha təcrübəli oyunçular sayıla bilərdi. Ancaq yaşca daha kiçik olanlar da özlərini itirmirdilər. Onlara şans veriləndə yaxşı çıxış etdilər. Ən ucaboy oyunçumuz 192 sm-ə bərabər idi. Qalanlarının boyu 190 sm-dən balaca idi. Ucaboy mərkəz hücumçumuz olmadığından daha çox 3 xallıq atışlara üstünlük verirdik. Bu üzdən Albaniya kimi ucaboy oyunçulardan qurulmuş komandaya qalib gəldik. Daha sonra Andorraya 1 xal fərqiylə uduzduq. Doğma meydan və azarkeş amili rəqibin xeyrinə idi. Ancaq hakimlərin idarəçiliyi çox pis oldu. Rusiyalı referi birtərəfli fit çalırdı. Həddən artıq basketbolçularımızı sıxır, onlara yersiz fol verirdi ki, cərimə limitinə çatsınlar. Buna baxmayaraq, Andorra bizi cəmi 1 xal fərqiylə üstələdi. Ancaq 3-cü yer uğrunda oyunu başqa hakim idarə edirdi. Bu üzdən 20 xal fərqiylə Andorraya qalib gəlib, bürünc medal qazandıq. Ermənistanla görüşü də həmin rus hakim idarə edirdi. Bilmirəm, ermənilərə simpatiyası var idi, ya nədənsə bizə qarşı çox haqsızlıq etdi. Ermənilərə qalib gəlməyi çox istəyirdik. Böyük həvəslə qarşılaşmaya başladıq. Ancaq boy amili sözünü deməyə başladı. Ermənistan yığmasında bir neçə rus var idi. Rusiyadan dörd təcrübəli oyunçunu heyətlərinə qatmışdılar. Üç basketbolçusunun boyu 2 metrə yaxın idi. Buna baxmayaraq, böyük fasiləyə 13 xal öndə yollandıq. İkinci hissədə rusiyalı referi bizi çox sıxdı. Hətta etirazlarıma görə mənə texniki cərimə veriləcəyi deyildi. Son çeyrəkdə artıq bütün əsas oyunçularımızın 4 cəriməsi var idi. Bu da o demək idi ki, hər basketbolçunun daha 1 cəriməsi meydandan qovulmaq olacaq. Bu cərimələrin əksəriyyəti heç nədən verilmişdi. Təbii ki, cəriməsi 4-ə çatmış basketbolçu daha ehtiyatla oynamağa məcburdu. Belədə tam gücüylə mübarizə apara bilmir. Son çeyrəkdə səbət altından atışlar etməklə bizi keçdilər. Bu oyunda basketbolçular arasında hər hansı insident yaşanmadı. İlk hissəni 13 xal öndə bitirəndə tam “sönmüşdülər”. Basketbolçularımızın cərimələri 4-ə çatandan sonra kişiləşdilər. Qeyd edim ki, Gürcüstandan olan legionerimiz Tsotne Nodia zədəli-zədəli oynayırdı. Cəbrayıl Əkbərov isə müalicəsini yenicə başa vuraraq komandaya qoşulmuşdu. Bütün çətinliklərə baxmayaraq, normal mərkəz müdafiəçimiz olsaydı, ermənilərə qalib gələ bilərdik. Amma fiziki hazırlığımız qaydasında idi. Çünki yarışa yaxşı hazırlaşmışdıq. Bütün oyunçulara bu turnirdə şans verdik. Daha gənc basketbolçuların nəyə qadir olduğunu gördük. Heyətimizə əsasən 3-cü yeri yaxşı nəticə saymaq olar. Ancaq ermənilərin bizi qabaqlaması məyusediciydi. Bu üzdən mükafatlandırma mərasimində üzümüz gülmədiyindən yarışın baş hakimi bunu təəccüblə qarşıladı. Mən də ona vəziyyəti başa saldım. Cəbəllütariq finalda Ermənistana müqavimət göstərə bilmədi. Böyük ehtimalla, biz onlarla yarımfinalda qarşılaşsaydıq, finala yüksələrdik. Basketbolçularımız oyun elementlərini, kombinasiyaları yaxşı icra edirdi. Növbəti il Papuna Kirtadze, Tsotne Nodia və Rəvan Əliyev yaş limitini aşacaq və U-16-da yer almayacaq. Əksər oyunçularımız 2002 təvəllüdlüdü. Rüstəm Mürvətovla Fikrət Ələkbərovun isə cəmi 14 yaşı var. Belə gənc heyətlə bürünc medal yaxşı göstərici sayılır. Əslində hədəfimiz 1/4 finala çıxmaq idi. Bundan artığına nail olduq. Düzdü, ötən il C divizionunda U-16 Samit Nuruzadənin rəhbərliyi altında gümüş medal qazanmışdı. Ancaq onda komandanın güclü basketbolçuları var idi. Onlar yaş limitinə görə bu il U-18-in heyətində çıxış edir”.
SƏRXAN

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər