
İdman
943
7.08.2017, 20:18
DÇ üçün heyət genişləndirildi
Cüdo yığmamızın avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatında çıxış edəcəyini bilirsiz. Ötən saylarımızın birində heyəti nəzərinizə çatdırmışdıq. Ancaq sonradan heyətdə dəyişiklik baş verib. Daha doğrusu, heyət genişləndirilib. Mundiala gedəcək komandaya sonradan qoşulanlar Leyla Əliyeva (48 kq), İçinxorlo Munxtsedeyev, Səkinə Zairova (hər ikisi 57 kq) və Gülsədəf Kərimovadı (63 kq). Xatırladaq ki, daha öncə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokaurinin (+100 kq) Budapeştə yollanacağı müəyyənləşmişdi.