Hollandiya çempion oldu, bizimkilər yarımfinalda "ilişdi"
Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvolley (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start veriləcəyini bildirmişdik. "Baku World Open" adlanan beynəlxalq turnirdə yığmamızla yanaşı, başqa ölkə təmsilçilərinin mübarizə aparacağı dəqiq idi.
Yarış xüsusi önəm daşıdığından və həftəsonuna təsadüf etdiyindən, yaşananları gözlə görmək imkanını əldən verə bilməzdim. Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən turnir şənbə günü saat 18.00-a təsadüf etdi. Xüsusi qonaqlar dəvət edilmişdi, üstəlik, xeyli sayda iştirakçılar. Odu ki, Su İdmanı Sarayının tribunasında maraqlı ab-havayla rastlaşmaq mümkün idi. Turnirin ana sponsoru sayılan “Bizon” şirkətinin xanım əməkdaşları isə bu və digər növ sərinləşdirici içkiləri paylamaqdan yorulmurdular. İdmançılar meydanın mərkəzinə təşrif buyurduqdan sonra AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və qonaqları salamladı. Ardınca isə turnirə start verildi.
"Baku World Open"də kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışırdı. Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna iştirak edirdi. Kişilərin yarışda isə Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparırdı.
Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci komandası ilə qarşılaşdı və təmsilçimiz ilk görüşdə qalib gəlməyi bacardı - 2:0. Bununla da yarımfinaldakı rəqibin adına aydınlıq gəldi – Ukrayna.
Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam etdi. Qrupların birində Hollandiya, İran, Finlandiya və Rusiya-1, digərində Rusiya-2, Azərbaycan, Pakistan və Ukrayna mübarizə aparırdı. Gərgin keçən oyunların yekununda hər qrupdan iki komanda növbəti mərhələyə yüksəldi. Bunlar Azərbaycan, Rusiya, Hollandiya və İran oldu. Bu isə o demək idi ki, aavqustun 6-da Azərbaycan turnirin bir nömrəli favoriti Hollandiya sınağından üzüağ çıxmalı, Rusiya isə nə qədər güclü olduğunu iranlılara göstərməlii.
Dünən elə həmin arenada keçirilən yarımfinal və final oyunlarıyla turnir başa çatdı. Qızların yarışında üzümüz gülmədi. Dairəvi sistemdə keçirilən ilk oyunda Rusiyanın bir təmsilçisini yenən zərif cinsin nümayəndələri bu dəfə həmin ölkənin digər komandasına uduzdu. Bu azmış kimi, Ukraynaya məğlubiyyətdən də qaçmaq mümkün olmadı. Nəticədə qızlardan ibarət yığma qrupu 4 komanda arasında 3-cü pillədə başa vurdu.
Kişilərin yarışında isə Azərbaycan olduqca güclü Hollandiyaya boyun əydi - 0:2. Paralel keçən digər qarşılaşmada İran eyni hesabla Rusiyadan üstün oldu. Final matçında üz-üzə gələn iki güclü kollektiv - Hollandiya ilə İranın mübarizəsi olduqca maraqlı alındı və yekunda avropalılar 2:1 hesabı ilə qələbə qazandı.
Yarış başa çatandan sonra qaliblərə təşkilatçı və sponsorlar tərəfindən kuboklar, diplomlar və dəyərli hədiyyələr təqdim olundu.
HƏBİB

Son xəbərlər

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Bütün xəbərlər