Sizin reklam burada

Şeydayev oynamır, komandası uduzmaqda davam edir

Baxış Sayı:564

Şeydayev oynamır, komandası uduzmaqda davam edir
Slovakiya çempionatında 3-cü turun oyunları keçirilib. Son çempion “Jilina” 3-cü görüşdən də məğlub ayrılıb. “Sarı-yaşıllar” bu dəfə səfərdə “Zlate”yə boyun əyib – 0:2. Ramil Şeydayevin adı “18-liy”ə salınmayıb. Sonuncu pillədə qərarlaşan “Jilina” növbəti turda “Senitsa”nı qəbul edəcək.
İkinci bundesliqada 2-ci tur geridə qalıb. “Ertsgebirge” evdə “Fortuna”ya uduzub – 0:2. Dmitri Nazarov 90 dəqiqə oynayıb və 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Duysburq” isə doğma meydanda “Bohum”la heç-heçə edib – 1:1. Toğrul Erat 61-ci dəqiqədə meydana çıxıb. “Qırmızılar” 1 xalla 12-ci yerdədisə, hələ ki xala həsrət qalan “bənövşəyilər” sonuncudu. Növbəti turda “Ertsgebirge” Braunşveyqdə “Ayntraxt”ın, “Duysburq” isə “Haydenhaym”ın qonağı olacaq.
Portuqaliyanın 1-ci divizionunda yeni mövsüm Kovilya “Sportinq”iylə Lissabon “Sportinq”inin əvəzedici komandasının dueliylə start götürüb. “Zolaqlılar” səfərdə qələbə qazanıb – 2:1. Budaq Nəsirov sonadək ehtiyat oyunçular skamyasında əyləşib. “Sportinq”in ikinci komandası 2-ci turda “Akademiko”nu qəbul edəcək.
Latviyanın 1-ci dəstəsində isə 14-cü turun oyunları keçirilib. "Olayne" səfərdə "JDFS Alberts"i darmadağın edib - 5:1. Start heyətində meydana çıxan Vüqar Əsgərov sona qədər oynayıb. Hesabı da 19-cu dəqiqədə futbolçumuz açıb. Bu, onun cari mövsümdə vurduğu 11-ci qol olub. 26 xalla 3-cü pillədə qərarlaşan “Olayne” növbəti turda “Tukums”un qonağı olacaq.
"Samsunspor" PTT liqasının yeni mövsümünə hazırlığı davam etdirir. “Ağ-qırmızılar” yoxlama oyununda "Girəsunspor"la qarşılaşıb. Oyunda hesab açılmayıb. Start heyətində yer alan Ufuk Budak 81-ci dəqiqədə əvəzlənib. Hollandiyanın 1-ci divizionunda çıxış edəcək "Den Boş" isə yoxlama oyununda "Linden"i yenib - 3:1. Ziya Əzizov ilk “11-lik”də yer alsa da, 31-ci dəqiqədə zədələnərək meydanı erkən tərk edib. Bundesliqanın yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib. Renat Dadaşovun formasını geydiyi Frankfurt təmsilçisi İspaniya "Betis"ini darmadağın edib - 3:0. Yığmamızın gənc futbolçusu bu qarşılaşmanın iştirakçısı olmayıb.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR