Macarıstanda üzgüçülük üzrə dünya çempionatı davam edir.
Dünən bu turnirin iştirakçılarından olan ABŞ-ın qadınlardan ibarət yığmasında qorxu dolu anlar yaşandı. Sinxron üzgüçülük növündə yarışmağa hazırlaşan Anita Alvaresin həyatını son anda xilas etmək mümkün oldu. Belə ki, 25 yaşlı meksikaəsilli üzgüçü məşq zamanı gözlənilmədən hovuzda huşunu itirdi.
Anitanın suyun içində bir müddət hərəkətsiz qaldığını görən ispaniyalı baş məşqçisi Andrea Fuentes köməkçisi ilə birlikdə hovuza tullanaraq onu suyun üzərinə çıxardı. Komandadan verilən rəsmi məlumatda Anitanın artıq həyatının təhlükədə olmadığı və onun özünü yaxşı hiss etdiyi qeyd olunub. Olayın qəhrəmanı Andrea Fuentes ''Marka''ya açıqlamasında bunları deyib: