• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Uşaqlarla dil tapmaq üçün məşqçidən çox, psixoloq və pedaqoq olmalısan” - MÜSAHİBƏ

Manşet / Müsahibə

23-06-2022, 12:0

Ötən həftə AFFA-nın bayrağı altında keçirilən U-13 liqasında final matçı baş tutdu.

Mövsümün həlledici görüşündə “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəldi. Oyundan əvvəl çoxları İslam Kərimovun çalışdırdığı “ağ-qaralar”ı favorit sayırdı. Amma Azad Mütəllimovun baş məşqçi olduğu “kimyaçılar”ın 13 yaşlıları rəqibini minimal hesabla (1:0) yenərək, “Sumqayıt” Futbol Akademiyası tarixində ilkə imza atıb. 3-cü yer uğrunda oyunda isə “Kəpəz”lə “Şamaxı” münasibətləri aydınlaşdırıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltiləri daha dəqiq yerinə yetirən “Kəpəz” mövsümü üçüncü pillədə başa vurub. Final görüşündən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayıov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim edib. “Neftçi”nin üzvü Səttar Tahirzadə “feyr-pley” mükafatına layiq görülüb. Komandalara diplom və medallar, çempion “Sumqayıt”a isə çempionluq kuboku da təqdim olunub.

Çempion komandanın çalışdırıcısı, vaxtilə futbolçu kimi yaşıl meydanlara çıxan, butslarını mismardan asandan sonra hakimlik edib, sinəsində FİFA loqosu daşıyan, hazırda isə uşaq komandasını çalışdıran Azad Mütəllimov ilə söhbətdə bir çox mövzuya toxunduq.

- Öncə çalışdırdığınız komandanın çempion olması münasibəti ilə sizi təbrik edirəm. Uşaq futbolunda çempion olmaq necə hissdi?

- Təbrikə görə təşəkkür edirəm. İstər U-13, istər U-15, istərsə də böyük yaş qrupları olsun - çempionluq çox gözəl hissdi. O uşaqların necə sevindiyini, gözündəki sevinc hissini görmək tam fərqlidi. Mövsümboyu çəkilən əziyyət “qızl”la başa çatırsa, deməli, düz yolda olmuşuq, düz işləmişik.

- 90-cı illərdə əksər klubların heyətində görmək istədiyi müdafiəçi olmusuz. Karyeranızı başa vurandan sonra hakimlik etmisiz və beynəlxalq dərəcəli referi olmusuz. İndi isə işaq futbolunda çalışırsız. Hansı sahə daha çətindi?
- Hər sahənin öz gözəlliyi və çətinliyi var. Futbolçu və hakim kimi fərd olaraq qarşılaşdığın çətinliyin öhdəsindən gələ bilirsən. Ancaq kollektiv içində çalışmaq, xüsusilə də uşaqlarla dil tapmaq üçün məşqçidən çox, psixoloq və pedaqoq olmalısan. Peşəkar futbolçu ilə işləmək asandı. Çünki o baş məşqçinin ondan nə tələb etdiyini ilk kəlmədən başa düşür. Uşaqlarda isə bəzən bir tapşırığı 10 dəfə təkrarlamalısan ki, istədiyini meydanda görə biləsən. Aşağı yaş qruplarında məşqçi kimi çalışmaq daha böyük məsuliyyət tələb edir.

- Hamı uşaq futboluna daha çox diqqət ayrılmalı olduğunu deyir. Neçə illərdi bu sahədəsiz. Sizcə, “uşaq futboluna daha çox diqqət ayrılmalıdı” sözünün arxasında nə durur? Bir də niyə bizim uşaqlar aşağı yaş qruplarında özlərini göstərə bilirlər, ancaq böyük futbola keçiddə onların bir çoxu gözdən itir, futboldan uzaqlaşır?
- Diqqət ayrılmalıdı deyəndə, akademiyalarda görülən işlərdən söhbət gedir. Bu gün, demək olar, bütün akademiyalarda uşaqların futbolçu kimi inkişafı üçün şərait yaradılıb. Top var, infrastruktur düzəlib, əksər akademiyalar uşaqları forma ilə təmin edir, inventar yetərincə. Lazımdı ki, həmin uşaqlara savadlı məşqçilər məşq keçsin. Məşqçinin futbol anlayışı yerində olanda uşaqlar da məşqlərə həvəslə gəlir, ondan daha çox şey öyrənmək istəyirlər. O ki qaldı böyük futbola keçidə, bu həmişə yaralı yerimiz olub. U-19-a qədər gələn gənc artıq seçimini müəyyənləşdirməlidi. Ya futbolçu kimi karyerasını davam etdirməli, ya da başqa sahəyə üz tutmalıdı. İndi əksər yeniyetmələr yol ayrıcında qalıblar. Bu məsələdə valideynlərin də günahı az deyil. Övladı futbolu davam etdirmək istəyir, ata-ana onu təhsilə yönəldir, futbolçu kimi uğur qazanacağına şübhə ilə yanaşır. Yeniyetmə də bilmir ki, bildiyi yolla getsin, yoxsa valideynin fikrinə qulaq assın? Sabah karyerası alınmayanda, tənə eşitməmək üçün bəribaşdan ata-ananın məsələhəti ilə addım atır. Qərbdə isə belə deyil. Orda gəncdə özügüvən var. Düşünmür ki, sabah nəsə alınmayanda onu danlayacaqlar.

- Beynəlxalq dərəcəli hakim kimi Azərbaycan hakimliyinin bugünkü durumundan razısız?
- İnsan çalışdığı istənilən sahədə irəli getməyə, zirvəyə yüksəlməyə can atmalıdı. Bu gün gənc hakimlərimiz üçün normal şərait yaradılıb. Onlar vaxtaşırı xaricdə seminarlarda iştirak edirlər, sabiq təcrübəli hakim yoldaşlarımın dərslərinə qatılırlar. Belə şərait olan yerdə niyə inkişaf etməyəsən?! Hər şey adamın özündən asılıdı. Hakimlərimizin səviyyəsinə gəlincə, pis deyil, ancaq daha yaxşı olmasını arzulayıram. Məşqçi kimi çalışmağıma baxmayaraq, bu gün də hakimlikdən uzaq düşməmişəm. AFFA-nın bayrağı altında keçirilən liqalarda gənclərə müəyyən tövsiyələrimi verirəm, akademiyamızın uşaqlarını hakimliklə bağlı məlumatlandırıram.

- Komandanızın iştirak etdiyi U-13 və bəzi başqa yaş qruplarında meydanda bir hakim görürük. Onlar da bəzən sırf tək olduqlarından səhvlərə yol verirlər ki, bu da xoşagəlməz olaylara səbəb olur. Bu məsələ ilə bağlı Hakimlər Komitəsinin qarşısında məsələ qaldırmaq olmaz?
- Çox ağrılı mövzuya toxunduz. Çempionatın əvvəlində bir hakimin olması bəzi oyunlarda narazılıq yaratdı. Demirəm ki, səhvə yol verən referilər bilərəkdən nəsə ediblər. Sadəcə, oyun vaxtı elə olur ki, nəsə gözdən qaçır. Pley-off qarşılaşmaları daha təcrübəli referilərə tapşırıldığından, demək olar, narazılıq yaşanmadı. Bu gün komitədə çalışan həmkarlarımla bu barədə söhbət etmişik. Düzdü, Əsasnamədə bir ədalət təmsilçisi göstərildiyindən bu dəfə dəyişiklik etmək mümkün deyildi. Ancaq yaxşı olardı ki, növbəti mövsümdə meydanda 2, lap elə 3 hakim olsun. Bu, obyektivliyin təmin olunması, həmçinin referilərin təcrübə toplaması baxımından məqsədəuyğun olar.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-06-2022, 11:0

U-15 və U-16 Liqalarının qalibləri mükafatlandırıldı

Ölkə futbolu

30-05-2022, 13:0

U-17 Qızlar Liqasının qalibi bəlli oldu

Aktual
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
Son xəbərlər
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə