Sizin reklam burada

Əfqan Həmzəyevə yeni vəzifə tapşırıldı

Müəllif: football Tarix: 3-08-2017, 14:25 781 Baxış
Əfqan Həmzəyevə yeni vəzifə tapşırıldı
Çimərlik futbolu üzrə FİFA refersisi statusunu daşıyan Əfqan Həmzəyevlə Çimərlik Futbolu Federasiyası arasında yaşanan “soyuq müharibə” davam edir. Xatırladaq ki, 3 illik fasilədən sonra çimərlik futbolu üzrə ölkə çempionatı keçirilsə də, Həmzəyev yarışlardan kənarda qalıb. Yaşananlarla bağlı qəzetimizə açıqlama verən beynəlxalq dərəcəli referi bunu özünə hörmətsizlik kimi dəyərləndirməklə yanaşı, “radara düşməsinin” səbəbini bilmədiyini deyib. Sözügedən federasiyanın rəsmisi Rüfət Həsənov isə onun söylədiklərinə qarşılıq olaraq Əfqan bəyin son 4 ildə beynəlxaq turnirlərə dəvət almamasını qabardıb.
Həmzəyevin cavab həmləsi özünü çox gözlətmədi. Son 4 ildə 8 böyük turnirə qatıldığını bildirən hakim dünən yeni vəzifəyə təyin olunduğu ilə bağlı bizə sənəd göndərib: “Bizimkilər mənə qarşı repressiya aparsalar da, dünya Mini Futbol Federasiyası çoxillik əməyimi nəzərə alaraq, mənə yeni vəzifə həvalə edib. Bundan sonra adını çəkdiyim qurumun Hakimlər Komitəsində təmsil olunacam. Komitədə cəmi üç referi var ki, onlardan biri də mənəm. Məndan başqa orda italyan Canluici Finazzi və Malayziyadan Suben Dali Ravindran yer alıb. Komitəyə isə tunisli Ben Salem Moez rəhbərlik edir. Avqustun 16-da Parisdə dünya Mini Futbol Federasiyasının toplantısı keçiriləcək. Bizim təyinatlarımız da məhz həmin tədbirdə rəsmiləşəcək”.
RƏŞAD
SON XƏBƏRLƏR