Estoniyanın paytaxtı Tallində 18 yaşadək basketbolçular arasında Avropa çempionatının B divizionunda mübarizə davam edir. Artıq qrup mərhələsinə yekun vurulub. İlk 3 oyunda məğlub olan müvafiq yığmamız sonrakı qarşılaşmalardan yenik ayrılıb. Samit Nuruzadənin yetirmələri 4-cü görüşdə Avstriya ilə bacarmayıb – 71:82. Mert İlhan 31, Kamran Məmmədov 25, Saadettin Donat 8, Vüqar Məmişov 6, Ercan Donat isə 1 xal qazanıb. Millimiz C qrupundakı son qarşılaşmasında İsrailə müqavimət göstərə bilməyib – 49:80. Mert 22, Kamran 13, Ercan 5, Eliyah Mollenhauer 4, Şirzad Şirzadov 3, Saadettin isə 2 xal toplayıb. Son iki turda keçirilən matçların nəticələri və qrupların yekun durumuyla tanış olun:
A qrupu
4-cü tur: İsveç – Hollandiya 80:88, Çexiya – Albaniya 88:52, Lüksemburq – Böyük Britaniya 82:91
5-ci tur: İsveç – Çexiya 61:84, Hollandiya – Lüksemburq 96:61, Böyük Britaniya – Albaniya 100:43
1. Böyük Britaniya 5 4 1 429-325 9
2. Hollandiya 5 4 1 437-335 9
3. Çexiya 5 3 2 355-315 8
4. İsveç 5 3 2 379-369 8
5. Lüksemburq 5 1 4 335-417 6
6. Albaniya 5 0 5 280-454 5
B qrupu
4-cü tur: Gürcüstan – Bolqarıstan 62:83, Macarıstan – Belarus 91:85, İslandiya – Xorvatiya 45:75
5-ci tur: Gürcüstan – Macarıstan 59:66, Bolqarıstan – İslandiya 77:76, Xorvatiya – Belarus 73:67
1. Xorvatiya 5 5 0 359-272 10
2. Bolqarıstan 5 3 2 380-373 8
3. İslandiya 5 3 2 365-374 8
4. Macarıstan 5 2 3 357-384 7
5. Belarus 5 2 3 410-380 7
6. Gürcüstan 5 0 5 312-400 5
C qrupu
4-cü tur: Avstriya – AZƏRBAYCAN 82:71, Rumıniya – İsrail 55:89, Polşa – Portuqaliya 73:64
5-ci tur: İsrail – AZƏRBAYCAN 80:49, Portuqaliya – Rumıniya 64:59, Polşa – Avstriya 66:57
1. İsrail 5 5 0 412-333 10
2. Polşa 5 4 1 374-314 9
3. Portuqaliya 5 3 2 354-312 8
4. Rumıniya 5 2 3 311-333 7
5. Avstriya 5 1 4 337-380 6
6. AZƏRBAYCAN 5 0 5 262-378 5
D qrupu
4-cü tur: İsveçrə - Makedoniya 61:84, İrlandiya – Estoniya 60:101, Belçika – Danimarka 59:64
5-ci tur: Danimarka – İrlandiya 84:63, Estoniya – Makedoniya 76:58, Belçika – İsveçrə 84:50
1. Estoniya 5 5 0 425-291 10
2. Danimarka 5 3 2 343-346 8
3. Belçika 5 3 2 365-307 8
4. Makedoniya 5 2 3 368-371 7
5. İsveçrə 5 2 3 292-371 7
6. İrlandiya 5 0 5 292-399 5
Beləliklə, 1/4 finalda İsrail – Danimarka, Xorvatiya – Hollandiya, Estoniya – Polşa və Böyük Britaniya – Bolqarıstan matçları keçiriləcək. 9-16-cı yerlər uğrunda Portuqaliya – Makedoniya, İslandiya – İsveç, Çexiya – Macarıstan, Belçika – Rumıniya, 17-24-cü yerlər uğrunda isə Avstriya – İrlandiya, Belarus – Albaniya, İsveçrə - Azərbaycan və Lüksemburq – Gürcüstan oyunları keçiriləcək. Bu gün turnirdə istirahət günü olduğundan qeyd olunan görüşlər sabah baş tutacaq.