Sizin reklam burada

Yığma üzvləri fərqləndi

Baxış Sayı:568

Yığma üzvləri fərqləndi
U-21-in futbolçusu “qara siyahı”da
"Boavişta" yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Portu klubu Portuqaliyanın aşağı liqa təmsilçilərindən "Eşpinyo"nu darmadağın edib - 4:1. Meydana sonradan çıxan Emin Mahmudov 76-cı dəqiqədə komandasının sonuncu qoluna imza atıb.
"Bursaspor" isə yoxlama oyununda "Keçiörəngücü"yə rəhm etməyib - 4:0. İlk qolun məhsuldar ötürməsini verən Dəniz Yılmaz həm də 2-ci qolun müəllifi olub. Yığmanın hücumçusunun 71-ci dəqiqədə əvəzləndiyini də nəzərinizə çatdıraq.
Yeri gəlmişkən, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozancan Kökcü “Bursaspor”dan ayrıla bilər. Ötən mövsümün 2-ci yarısında “Feyenoord”dan transfer olunan istedadlı futbolçu baş məşqçi Pol Le Quenin "qara siyahısı"na düşüb. Hər halda, Türkiyə mətbuatının iddiası belədi. Fransalı mütəxəssisin yeni mövsümdə komandada görmək istəmədiyi 4 oyunçu arasında gənc yarımmüdafiəçinin olduğu da güman edilir. Bunlar Ozancanla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnəkdi. Onlar artıq komandadan ayrı məşq edir. Qeyd edək ki, Kökcü "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR