Sizin reklam burada

Milli "Şüvəlan"ı yendi

Baxış Sayı:642

Milli "Şüvəlan"ı yendi
Təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığma avqustun 1-də növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Birinci divizionda çıxış edəcək "Şüvəlan"la görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Yığma fasilədən sonra Aqil Nəbiyevin komandasının qapısına iki dəfə yol tapıb. Əvvəlcə "Neftçi”nin yetirməsi, hazırda MOİK-də çıxış edən Bahadur Həziyev hesabı açıb. "Vətən"in üzvü Nazim Bağırov isə matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu U-19-un hazırlıq çərçivəsində keçirdiyi üçüncü yoxlama oyunudu. Təbriz Həsənovun komandası "Binə"ni 5:0 yenib, "Qarabağ"ın əvəzediciləri ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Yığma bu gün növbəti oyununa çıxacaq. Bu dəfə rəqib "Kəpəz" olacaq. Matç "Dalğa Arena"nın ehtiyat meydançasında baş tutacaq və saat 18.00-da başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR