"Kəpəz"in məşqçiləri vacib mövzuları müzakirə etdilər

21.06.2022 09:13 450
Premyer-liqa
"Kəpəz"in müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri bir araya gəliblər.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yığıncaqda başa çatan mövsümün yekunlarına nəzər salınıb, nəticələr təhlil edilib. Növbəti mövsüm üçün planlar qurulub, təkliflər müzakirə olunub.

"Kəpəz" yeni mövsümdə premyer-liqada çıxış edəcək.