Sizin reklam burada

Yığma qazaxları yenə məğlub etdi

Baxış Sayı:611

Yığma qazaxları yenə məğlub etdi
Qadınlardan ibarət millimizin Bakıdakı təlim-məşq toplanışı davam edir. Srağagün yığma daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb. “Dalğa Arena”da keçirilən qarşılaşmada rəqib yenə Qazaxıstan olub. Matç xanımlarımızın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Mərvə Özdəmirin dubl etdiyi görüşdə Aysun Əliyeva penaltidən fərqlənib, Vüsalə Seyfətdinova isə oyun epizodundan qol vurub. Qazaxıstan millisinin qollarını penaltidən Begaim Kırqızbayeva və Bibigül Nuruşova vurub.
Xatırladaq ki, bu komandalar arasında iyulun 26-da keçirilən oyun millimizin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR