“Zirə” “Astra”nın acığını “Şüvəlan”dan çıxdı
“Qartallar”ın əvəzediciləri “Neftçi” ilə “sülh bağladı”
Avroliqada mübarizəni dayandıran “Zirə” ikinci yoxlama oyununu keçirib. Qeyd edək ki, “qartallar” daha öncə “Neftçi” ilə qarşılaşmışdı. Həmin yoxlama matçı “Astra” ilə cavab görüşünün ertəsi keçirilmişdi. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov “ağ-qaralar”la dueldə Avroliqa oyununda az şans qazanan, həmçinin ümumiyyətlə, oynamayan futbolçulara şans vermişdi. Sözügedən yoxlama matçında “Neftçi”nin minmal hesabla qalib gəldiyini (1:0) də xatırladaq.
Şənbə günü isə Abbasovun komandası Zirə İdman Kompleksinin stadionunda “Şüvəlan”la üz-üzə gəlib. “Zirə”nin start heyəti belə olub: Kamal Bayramov (k), Yovan Krneta, Sadiq Quliyev, Yusif Nəbiyev, Qabriel Matey, Viktor İbokoyi, Vüqar Mustafayev, Orxan Əıiyev, Təmkin Xəlilzadə, David Manqa, Riçard Qadze. Qarşılaşmanın ilk yarısında “qartallar” rəqib qapısına bir dəfə yol tapıb. Orxan cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissədə isə meydan sahiblərinin heyətində Anar Nəzirov, Adil Nağıyev, İlkin Muradov, Nicat Qurbanov, Murad Səttarlı, Vüsal İsgəndərli və Müşfiq İlyasov şans qazanıb. Fasilədən sonra “Zirə” daha üç dəfə Aqil Nəbiyevin komandasını mərkəzə dəvət edib. Təmkin Xəlilzadənin ardıcıl iki gözəl hərəkətini Orxan dəqiq tamamlayaraq, het-trikə imza atıb. Oyunda son nöqtəni isə Vüsal İsgəndərli qoyub. Beləliklə, “qartallar” “Şüvəlan”la yoxlama oyununda 4:0 hesablı qələbəyə sevinib.
Yoxlama matçı ilə bağlı hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik.
Ayxan Abbasov: “Avrokubok oyunundan sonra komanda 3 gün istirahətdə oldu. Ardınca yüngül məşqlər etdik. Ancaq “Şüvəlan”la oyundan öncə ağır məşqimiz olmuşdu. Həmin hazırlıqdan doğan yorğunluq fonunda komandanın meydanda necə təsir bağışladığını görmək istəyirdim. Bəzi tapşırıqlar vermişdik və əsasən onun üzərində işlədik. Bizə lazım olan o idi ki, matçın tempi aşağı düşməsin, futbolçular sürətli oynasın. Qarşılaşmadan razı qaldım. Hər kəs istəkli idi. Bizə lazım olanları özümüz üçün müəyyənləşdirdik. Çatışmazlıqları gördük. Yenə də qol vəziyyətlərindən istifadə edə bilmirik. Yüzfazilik epizodları qaçırırıq. Hələ vaxtımız var. Bütün bunların üzərində çalışacağıq. “Şüvəlan”ı da təbrik etmək istəyirəm. Qısa vaxtda yaxşı komanda formalaşdırıblar. Bəzi zədəlilərimiz də var. Kervens Belfortla Jozef Bumun oynamadığını bilirsiz. Milan Duriçə də istirahət vermişdik. Riçard Qadze bu oyunda zədələndi. Bazar ertəsindən məşqlərimizi davam etdirəcəyik”.
Aqil Nəbiyev: “Komanda yavaş-yavaş istədiyim formaya düşür. Bilirsiz ki, iyulun 3-də hazırlığa start verdik. Sıfırdan heyət formalaşdırdıq. Demək olar, komandanı 80 faiz yığmışıq. Bir-iki transfer etməyi də düşünürük. Artıq dünən (srağagün) 5-ci yoxlama oyununu keçirdik. Mən daha öncə də demişdim ki, komandanın formalaşmasında, uşaqların bir-birinə uyğunlaşmasında sınaq matçlarının əhəmiyyəti böyükdü. İki gün ardıcıl oyun keçirdik. Cümə günü “Qaradağ Lökbatan”la, şənbə günü isə “Zirə” ilə qarşılaşdıq. Zirədəki görüşün ilk hissəsində komanda tam olaraq mənim istədiyim oyunu sərgilədi. Çünki “Zirə” neçə vaxtdı yığışıb, formalaşmış, Avroliqada çıxış etmiş komandadı. Biz də qısa müddətdə heyət qurmuşuq. İlk hissədə rəqiblə başabaş mübarizə apardıq. İkinci yarıda həm oyun sistemində, həm də futbolçular baxımından bir neçə dəyişiklik etdim. Bir gün öncə oynadığımıza görə komandada yorğunluq var idi. Futbolçular fiziki cəhətdən tam hazır deyil. Fiziki məşqlərimiz elə də çox olmayıb. Seleksiya toplanışı olduğu üçün ağır məşqlər keçə bilmirdik. Ona görə də yüngül hazırlığa və yoxlama oyunlarına üstünlük vermişdik. Komanda ilk hissədə yaxşı oynadı, yalnız 45-ci dəqiqədə qapımızda qol gördük. Hesab mənim üçün önəmli deyil. Fikrimcə, əsas olan mənfi və müsbət məqamları görmək idi. Özünüz də bilirsiz ki, “Zirə” bu gün ölkədə üç güclü komandadan biridi. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. İstər fiziki, istər taktiki, istərsə də psixoloji cəhətdən yüksək səviyyədə bir komandadı. Bu il etdikləri əcnəbi transferlər haqda yalnız xoş sözlər demək olar. Onlara qarşı oynamaq da çətindi. Amma yenə də deyirəm, ilk yarıda futbolçular görmək istədiyim oyunu sərgilədilər. Həm dəyişikliklər, həm də yorğunluq ikinci hissədə özünü göstərdi. Sonda bu hesabla məğlub olduq. Düşünürəm ki, bir hücumçuya ehtiyacımız var. Həmçinin bir stopper də cəlb etmək fikrindəyəm. Qalan mövqelərə gəlincə, istədiyim futbolçular komandadı. Bu gün komandadan çox şey tələb edə bilmərəm. Çünki tam hazır deyilik. Çatışmazlıqları da çempionatın startına kimi yoluna qoymağa çalışacağıq”.
Hər iki komandanın planlarına gəlincə, başlayaq “Zirə”dən. “Qartallar” premyer-liqanın startına kimi daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmanın avqustun 5-də keçirilməsi planlaşdırılır. Lakin rəqibin kimliyi hələ bəlli deyil. Məlum olduğu kimi, gələn ayın 2-də çempionatın püşkü atılacaq. “Zirə”nin rəqibinin adı da püşkün nəticəsindən asılı olacaq. Böyük ehtimalla, “qartallar” elita iştirakçılarından biri ilə qarşılaşacaq.
“Şüvəlan”ı isə qarşıda üç yoxlama matçı gözləyir. Qəsəbə təsmilçisi sabah U-19-la üz-üzə gələcək. Bu qarşılaşma “Dalğa Arena”da reallaşacaq və saat 18.00-da start götürəcək. Nəbiyevin komandası avqustun 5-də isə Olimpiya stadionun yardımçı meydançasında “Səbail”lə görüşdə qüvvəsini sınayacaq. Həmin oyun da saat 18.00-da başlayacaq. “Şüvəlan”ın növbəti rəqibi isə “Kəpəz” olacaq. Gəncə təmsilçisi ilə duelin avqustun 7-də keçiriləcəyi bilinsə də, oyunun başlama saatı və yeri hələ müəyyənləşməyib. “Kəpəz”lə matçdan sonra 3 gün dincələcək “Şüvəlan” ardınca bir araya gələrək, çempionata hazırlığı davam etdirəcək.
Sonda daha bir xəbəri nəzərinizə çatdıraq. "Zirə”nin əsas komandası ilə yanaşı, əvəzediciəri də yoxlama oyunu keçirib. “Qartallar” şənbə günü “Neftçi”nin əvəzedici komandası ilə üz-üzə gəlib və bu yoxlama matçı İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutub. “Ağ-qaralar”ın 6-cı sınaq görüşü qollu heç-heçə (2:2) ilə başa çatıb.
FARİZ

Son xəbərlər

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Bütün xəbərlər