Sizin reklam burada

U-19 “Qarabağ”la “sülh bağladı”

Baxış Sayı:568

U-19 “Qarabağ”la “sülh bağladı”
Təbriz Həsənov: “İdman formalarından uzaqdılar”
İyulun 25-dən Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığmamızın cümə axşamı "Binə" (5:0) ilə yoxlama matçı keçirdiyini xəbər vermişdik. Təbriz Həsənovun komandası şənbə günü növbəti oyunda qüvvəsini sınayıb. Bu dəfə rəqib "Qarabağ"ın əvəzediciləri olub. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 nəticələnib. İlk yarını qalib başa vuran, ikinci hissədə üstünlüyü əldən verən U-19-un yeganə qoluna Fərid Nəbiyev imza atıb.
Yığmanın baş məşqçisi Təbriz Həsənov yetirmələrinin hazırlığından hələ ki narazıdı: “Budəfəki hazırlığa 23 nəfər cəlb etmişəm. Əsasən Azərbaycan çempionatında oynayan uşaqlara dəvət göndərmişik. Yalnız bir nəfəri kənardan çağırmışıq. Özbəkistan “Bunyodkor”unun yetirməsi Kamran Nəcəfəliyevi sınayırıq. Açığı, hələ onun oyunu məni bir o qədər də qane etmir. Hələ ki şans verməkdə davam edirəm. Bu mərhələdə heyət üzvlərinin fiziki hazırlığını və anlaşma səviyyəsini də artırmağa çalışırıq. Çünki İslam Həmrəyliyi Oyunlarından sonra uzun müddət bir yerdə olmayıblar. Açığı, idman formalarından uzaqdılar. Hazırlığın gedişində həm də futbolçuları müxtəlif mövqelərdə sınayıram. Çünki ehtiyac yaranacağı halda kimi harda oynada biləcəyimə əmin olmaq istəyirəm.
Hələ qarşıda bir neçə oyunumuz da var. Avqustun 6-na kimi daha üç oyun keçirəcəyik. Ayın 1-də “Şüvəlan”la, 3-də “Kəpəz”lə, 5-də isə “Qaradağ Lökbatan”la gücümüzü sınayacağıq. Bu oyunlardan sonra hazırlığı daha yaxşı dəyərləndirə bilərəm”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR