Sizin reklam burada

Ən yaxşımız Elfanə olub

Baxış Sayı:387

Ən yaxşımız Elfanə olub
Macarıstanın Qyor şəhərində keçirilən yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped idmanı üzrə mübarizəyə yekun vurulub. Yarışda 2 oğlan və 3 qız velosipedçimiz iştirak edib. 44 kilometr məsafəyə qrup ötüşməsində iştirak edən qızlarımızdan ən yüksək nəticəyə Elfanə Camalova imza atıb. O qalibdən cəmi 27 saniyə geri qalıb. Təəssüf ki, havanın yağışlı olması səbəbindən yarış zamanı kifayət qədər toqquşmalar baş verib və liderlər qrupunda olan digər 2 idmançımız Validə Cabbarova ilə Ayan Xankişiyeva qəzadan qaça bilməyib. Zədələnmələrinə və kifayət qədər vaxt itirmələrinə baxmayaraq, hər 2 velosipedçimiz mübarizəni sonadək davam etdirərək finiş xəttini pelotonda keçə bilib. Anoloji hadisə oğlanların 72 kilometr məsafəyə yarışında da baş verib. Burda toqquşma zamanı yıxılmaqla kifayət qədər vaxt itirən, amma buna rəğmən, məsafəni başa vurmağı bacaran Qadir Mustafayev olub. Digər idmançımız Nəcəf Bağırov isə yarışı 30-cu pillədə bitirib.
Qeyd edək ki, hazırda Azərbaycan qadın velosipedinin böyük yarışlarında Qazaxıstanın “Astana” Dünya Turu komandasının heyətində çıxış edən Yelena Pavluxina ilə təmsil olunur. Yeri gəlmişkən, bir daha xatırladaq ki, təmsilçimiz bugünlərdə planetin ən nüfuzlu yarışı olan “Tour de France”ın birgünlük qadın versiyasında 23-cü yeri tutub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR