Sizin reklam burada

Çimərlik Futbolu Federasiyası Əfqan Həmzəyevi çempionata yaxın buraxmır

Müəllif: football Tarix: 1-08-2017, 14:51 756 Baxış
Çimərlik Futbolu Federasiyası Əfqan Həmzəyevi çempionata yaxın buraxmır
“Belə laqeydliyi, haqsızlığı görəndə, adam həvəsdən düşür, əməyinin qiymətləndirilməməsinə üzülür”

2014-cü ildən bu yana keçirilməyən çimərlik futbolu üzrə ölkə çempionatı bərpa olunub. Dörd komandanın – “Zirə”, “Səbail”, “Sumqayıt” və “Neftçi”nin iştirak ilə keçirilən superliqada artıq 2 turun oyunları başa çatıb. Onu da qeyd edək ki, 2 dövrədən ibarət olan çempionatın sonunda Çimərlik Futbolu Federasiyası tərəfindən birinci yerin sahibinə 3000, gümüş medallara sahib çıxanlara 2000, “bürünc”ə yiyələnənlərə isə 1000 manat mükafat veriləcək. Oyunlar Su İdmanı Sarayının meydançalırında keçirilir. Qarşılaşmaları AFFA tərəfindən təyin olunan hakimlər edir. Amma..
Amması odu ki, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev yarışdan kənarda qalıb. Uzun illərdi Azərbaycanda və ölkə xaricində bir çox yarışların baş hakimi olan Həmzəyevin “radara düşməsi” bir qədər təəccüblü oldu. Görəsən, sinəsində FİFA nişanı daşıyan referi çempionat oyunlarında niyə gözə dəymir? Türkiyədə, Gürcüstanda çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnirlərdə fit çalan referinin daxili yarışlara qatılmamsı futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Əfqan bəyin kənarda qalmasına səbəb onunla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasında yaşanan “soyuq müharibədi”.
Məsələyə aydınlıq gətirmək üçün Həmzəyevlə əlaqə saxladıq. FİFA referisi yaşananlara belə reaksiya verdi: “Mənim özümə də kənarda qalmağım təəccüblü gəldi. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbət etdim. Xaqani müəllim üstüörtülü formada problemin federasiya rəhbərliyindən qaynaqlandığını bildirdi. Onun sözlərinə görə, Çimərlik Futbolu Federasiyasının rəsmiləri məni çempionatda iş başında görmək istəməyib”.
Üç ildən sonra ölkədə yenidən keçirilən çempionatda çimərlik futbolu üzrə FİFA referisinə ehtiyac duyulmursa, çox maraqlıdı, onda nəyə görə Həmzəyevə bu status verilib? Bir də federasiya rəhbərliyi ilə Əfqan bəyin arasında nə problem yaşanıb ki, rəsmilər onu yarışa yaxın buraxmırlar? Bu sualı da Əfqan bəyə ünvanladıq: “Səmimi deyirəm, mən tərəfdən heç bir problem yoxdu. Dəfələrlə federasiya rəsmiləri ilə görüşüb, münasibətlərin hansı səbəbdən korlandığına aydınlıq gətirmək istəmişəm. Lakin hər dəfə də cəhdlərim nəticəsiz qalıb. Rəhbərlik mənimlə görüşmək istəmir. Ola bilsin, mənimlə düşmənçiliyi olan kimlərsə federasiya rəsmilərinə barəmdə yalan informasiya çatdırıb və buna görə də “ofsayda düşmüşəm”. Hər halda, görüşməyimiz hər iki tərəfə faydalı olardı. Mən də, onlar da fikir ayrılığının səbəbini bilərdik”.
Həmzəyev ölkə çempionatından kənarda qaldığına görə məyus olsuğunu da gizlətmədi və Azərbaycanda ona layiqli qiymət verilmədiyini dilə gətirdi: “Bu gün dünyanın 8 ölkəsində çimərlik futbolu hakimlərinə dərslər keçirəm, yeni kadrlar hazırlayıram. Tunisdə, Mərakeşdə, qonşu ölkələrdə çimərlik futbolu üzrə turnirlərdə baş hakim kimi iştirak edirəm. Dünya Mini Futbol Federasiyasının avqustun 16-da Parisdə təşkil olunacaq toplantısına dəvət almışam. Həmin tədbirdə sözügedən federasiyanın Hakimlər Komitəsinə üzv seçilmək şansım var. Bütün bunlara baxmayaraq, doğma vətənimdə məni ölkə çempionatından kənarda qoyurlar. Belə laqeydliyi, haqsızlığı görəndə, adam həvəsdən düşür, əməyinin qiymətləndirilməməsinə üzülür. Bir sözlə, həm mənəvi, həm də maddi cəhətdən əziyyət çəkirsən”.
RƏŞAD
SON XƏBƏRLƏR