• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan millisinin baş məşqçisi əsas yığmanın oyunlarını izləməyib - MÜSAHİBƏ

Müsahibə / Günün xəbəri

10-06-2022, 15:0

Xəbər verdiyimiz kimi, Qəbələdə təlim-məşq toplanışında olan U-19-un heyətində dəyişiklik olub. Üç futbolçu - Xəyal Fərzullayev (Sumqayıt), Qurban Səfərov (Şamaxı) və Elcan Əbilov (Neftçi) nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.

Görəsən, oyunçular hansı hərəkətinə görə Miloş Velebitin qəzəbinə tuş gəlib? Ötən sayımızda bununla bağlı xəbəri diqqətinizə çatdırmışdıq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, futbolçular millinin düşərgəsinə gec qoşulublar. Daha doğrusu, şəhərə gəzməyə çıxan “üçlük” nəzərdə tutulan vaxtdan 30 dəqiqə sonra komandanın qaldığı otelə gəlib. Bu isə Velebitin haqlı narazılığına səbəb olub və mütəxəssis futbolçuları heyətdən kənarlaşdırıb. Onu da qeyd edək ki, qapıçı Xəyal Fərzullayevin əvəzinə komandaya "Qəbələ"dən Məmməd Muradov cəlb olunub. Bundan əlavə, komanda hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı görüş 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində Cavad Kərimov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah baş tutacaq.

Başverənləri nəzərə alıb, Miloş Velebitlə əlaqə saxladıq. Serbiyalı mütəxəssislə millidən qovulan futbolçular, Qazaxıstanla oyunlar və əsas yığmanın nəticələri haqda söhbətləşdik.

- Yığmanın düşərgəsindən üç futbolçunu qovmusuz. Nə baş verib?
- Bizim komandanın özünəməxsus qaydaları var və hamı üçün keçərlidi. İşçi heyət, futbolçular, məşqçilər qaydalara riayət etməlidi. Hamımız bu qərarları qəbul etmişik. Dediyiniz uşaqlar qaydaları pozub. Onlar səhvə yol verib. Öz günahlarını bilirlər. Çünki qaydalar hamıya bəlli idi. Məhz bu səbəbdən onlara cəza verildi. Hər üçü evə göndərildi. Bu haqda başqa nəsə demək istəmirəm.

- Mediada yayılan məlumatlara görə, adı çəkilən futbolçular məscidə getdikləri üçün gecikiblər. Həqiqətən belə olub?
- Təkrar edirəm, onlar qaydaları pozub. Hamı saat 23.00-da otağında olmalıdı ki, yatsın, biz isə onları 23.50-də otelin önündə tapırıq. Qaydaları pozublar. Mənim üçün harda olmalarının fərqi yoxdu. Məscidə saat 11-ə kimi gedə bilərlər. İstəsələr, o vaxta kimi içki məclisində də iştirak edərlər. Amma qaydalara riayət etmək lazımdı. Hər kəs saat 23.00-da otağında olmalıydı. Bu qədər. İndi ancaq futbol haqda danışmaq istəyirəm. Çünki bu məsələlər geridə qaldı.

- İki gün öncə komandanız Qazaxıstanla heç-heçə etdi. Qarşılaşma haqda nə söyləyə bilərsiz?
- Əla oyun oldu. Nə qədər imkanlar qaçırdıq. Bunun səbəbi sadədi: bir çox gənc futbolçunu sınadıq. Komanda halında tam gücümüzü ortaya qoya bilmədik. Qarşılaşma nə pis, nə də yaxşı keçdi. Komandamızda bir çox problem var. Bir neçə futbolçumuz əsgərlik məsələlərinə görə problem yaşayır. Ölkə xaricində olanlar toplanışa qoşula bilməyib. Düzdü, onlara dəvət göndərmədik. Evlərinə getmələri üçün şərait yaratdıq. Meydana çıxan 6 futbolçu 19 yaşdan aşağı idi. Bu uşaqlar yeni nəsildi. Buna baxmayaraq, keyfiyyətli oyun sərgilədiyimizi söyləyə bilərəm. Qol vurduq, bir çox imkandan yararlana bilmədik. Göstərdik ki, komanda şəklində mübarizə apara bilirik. Həqiqətən çox yaxşı mübarizə apardıq. Uşaqlar keyfiyyətli hücumlar qursa da, fərqlənə bilmədilər. Qazaxıstan da yaxşı müdafiə olundu, əks-hücumlarda özlərini yaxşı tərəfdən göstərdilər. Nəticədə 1:1 hesablı nəticə qeydə alındı.

- Bu gün bu rəqiblə yenə qarşılaşacaqsız. Komanda oyuna hazırdı?
- Komandanı bu oyuna hazırlayırıq. Fiziki hazırlıq keçirik ki, uşaqlar bərpa olunsun. Bundan əlavə, ötən matçdakı səhvlərimizə, edə bilmədiklərimizə baxırıq. Onların üzərində işləyirik. Bu görüşdə qələbə qazanıb, mövsümü yaxşı nəticə ilə bitirmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Növbəti oyun üçün dəyişikliklərə əl atacaqsız? Qələbə qazanmaq üçün nə edəcəksiz?
- İlk oyunla müqayisədə bəzi dəyişikliklər olacaq. Ötən görüşdə şans əldə etməyənlərə və qısa müddət meydanda olanlara da şərait yaradacağıq. Çalışacağıq ki, bütün uşaqlara şans verilsin. Bu vəziyyətdən asılı olacaq. Oyunun nəticəsinə uyğun hərəkət edəcəyik. Belə imkanımız olsa, bütün uşaqlara şans verməyi düşünürəm. Amma əsas çalışacam ki, ən yaxşılar ilk “11-lik”də yer alsın. Taktiki və struktur dəyişikliyi etmək haqda düşünmürəm. Çalışıram ki, həmişə istifadə etdiyim sxemdən yararlanım. Bəlkə taktiki düzülüşün hansısa detalında dəyişiklik etdim. Ola bilər ki, insayd və ya vingerlərdən yararlandım. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Futbolçular tapşırıqları yerinə yetirsə, hər şey yaxşı olacaq. Komanda öz funksionallığını qorumalı və inkişaf etməlidi.

- Gəlin, bir qədər də əsas yığma haqda danışaq. Millətlər Liqasında keçirdiyimiz 2 oyunda 1 xal qazandıq. Qazaxıstana uduzub, Belarusla heç-heçə etdik. Bu haqda nə deyə bilərsiz. Bu nəticələri gözləyirdiz?
- Səmimi olacam. Bəlkə də düzgün səslənməyəcək, amma mən görüşləri izləyə bilməmişəm. Çünki buna imkanım olmayıb. İlk oyun zamanı iclasda idim. Öz işimiz üzərində çalışırdıq. Komandamı Qazaxıstanla matça hazırlayırdım. Belarusla qarşılaşmada da məşqdə idik. Bir gün sonra oyunumuz var idi. Biz də son məqşimizi keçirdik. Bu səbəbdən də qarşılaşmaları 90 dəqiqə izləyə bilmədim. Amma sonradan icmallara baxdım. İzlədiklərimdən belə başa düşdüm ki, Azərbaycan millisinin hər iki oyunda yaxşı imkanları olub. Hətta qələbə də qazana bilərdik. Lakin Belarusla oyun haqda ətraflı nəsə deyə bilməyəcəm. Ümumiyyətlə, səmimi olsaq, bu məni maraqlandıran məsələ deyil. Əsas milli komandaya cavabdehlik mənə aid deyil. Vəzifəm aşağı yaş qruplarında çıxış edən komandaları izləməkdi. Buna uyğun uşaqların inkişaf etməsinə çalışırıq. Öz işimə daha çox fokuslanmışam.

- Qarşıda iki oyun var. Slovakiya və Belarusu qəbul edəcəyik. Bu görüşlərdə qələbə qazana biləcəyik?
- Nikbinəm. Hər iki komandaya qarşı mübarizə apara bilərik. Bilirəm ki, Slovakiya baş məşqçisini dəyişib. Onlar Qazaxıstana məğlub olub. Lakin gəlin etiraf edək ki, çox keyfiyyətli futbolçuları var. Onlarla görüşdə ehtiyatlı olmaq lazımdı. Lakin düşünürəm ki, Belarusu Bakıda məğlub etmək lazımdı. Onlar o qədər də güclü rəqib deyil. Doğma meydanda qələbə qazanıb, azarkeşləri sevindirmək olar. Amma yenə deyirəm, əsas yığmanın nəticələri və oyunları mənə aid məsələ deyil. Orda çalışanlara və mübarizə aparanlara uğurlar arzulayıram.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

8-06-2022, 16:0

U-19-un üzvlərinin yığmadan qovulmasının səbəbi bəlli oldu

Yığma

4-06-2022, 14:0

3 futbolçu millidən kənarlaşdırıldı

Yığma

1-06-2022, 12:0

Millinin heyəti bəlli oldu

Yığma

19-05-2022, 10:0

Millimizə 25 futbolçu dəvət olundu

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Bu gün, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Bu gün, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Bu gün, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Bu gün, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Bu gün, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Bu gün, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 263
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə