Sizin reklam burada

İki divizion təmsilçisi yüksək liqaya, biri “o dünya”ya

Baxış Sayı:1 439

İki divizion təmsilçisi yüksək liqaya, biri “o dünya”ya
Futzal üzrə premyer-liqada növbəti mövsüm sentyabrın ortalarında start götürəcək. Yarışın püşkü isə sentyabrın ilk günlərində atılacaq. Bir ay qalmasına baxmayaraq, çempionatla bağlı xəbər var. Artıq yeni mövsümün iştirakçılarından 7-si bəllidi. Ötən mövsümün 7 komanda ilə keçirildiyini nəzərə alıb elə düşünməyin ki, yalnız “köhnə qvardiya”nın ifasında mübarizəyə şahidlik edəcəyik. “Ceyhunspor” və “Olimpik” premyer-liqadan imtina edib. Əvəzində divizion komandalarından “Marafon” və “İtaldizayn” yüksək liqaya can atır. Adıçəkilən komandalar istəyini Futzal Federasiyasına bildirib və müsbət cavab alıb. Qeyd edək ki, “İtaldizayn” ötən mövsümü 3-cü, “Marafon” isə 5-ci sırada bitirib. “Nəbi”dən isə xəbər yoxdu. Divizionun qalibi premyer-liqada iştirakla bağlı hələ fikrini qətiləşdirməyib. İstənilən halda, təşkilatçılar növbəti mövsümə 8 komanda ilə başlamaq istəyir. Sonuncu iştirakçının adı avqustun 15-nə qədər açıqlana bilər. Məsələ burasındadı ki, gələn ayın ortalarında Futzal Federasiyası iştirakçı komandalarla görüş keçirəcək. Həmin gün həmçinin divizionla bağlı texniki məsələlər həllini tapmalıdı.
Bu arada birinci divizionun iddialılarından olan və növbəti mövsümdən etibarən yüksək liqada çıxış etməyi hədəfləyən "Hell Energy" dağılmaq təhlükəsi ilə üzləşib. Güclü heyətə və maliyyə dayaqlarına malik komandanın dağılmasının səbəbləri məlum deyil. Ancaq əsas versiya kimi ötən mövsümün son turlarında komandanın uğursuz çıxışını qeyd etmək olar. Qeyd edək ki, "Hell Energy" klubunun şərəfini çimərlik futbolu üzrə yığmanın üzvləri olan Renat Sultanov, Hikmət Bağırov kimi tanınmış idmançılar qoruyurdu. Baş məşqçi isə Müslüm Hüseynovdu. “Hell Energy”nin rəsmiləri bu haqda artıq Futzal Federasiyasına da məlumat veriblər və xəbəri qısaca “alınmır” şəklində çatdırıblar.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR