İspaniya Kral Futbol Federasiyası (RFEF) 2022/23 mövsümü üçün təqvimi təsdiqləyib.
"Football-plus.az" xəbər verir ki, yeni təqvimdə tarixdə ilk dəfə qışda – Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı da nəzərə alınıb. La Liqada mövsüm avqustun 14-də start götürəcək, 9 noyabr – 29 dekabr aralığında çempionatda fasilə yaranacaq, mövsüm iyunun 4-də bitəcək. Bundan başqa, Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok oyunlarının (11-15 yanvar) və Kral kubokunun finalının (29 aprel) da tarixi müəyyənləşib. “Real”, “Betis”, “Barselona” və “Valensiya” ölkə kubokunun noyabrın 13-nə planlaşdırılan ilk mərhələsinin oyunlarından azaddı.
La Liqa 2-də də yeni mövsüm avqustun 14-də başlayacaq, ancaq mayın 28-də bitəcək. İyunun 4-18-i aralığında isə pley-off oyunları keçiriləcək. La Liqa PUMA ilə birgə İspaniyanın ilk iki divizionunda 2022/23 mövsümündə istifadə olunacaq “PUMA ORBITA LaLiga” topunu da təqdim edib. Hipnotik kaleydok effektinə əsaslanan dizayn üzrə hazırlanan top artıq 6 ölkədə - İspaniya, Cənubi Koreya, Misir, Meksika, CAR və Taylandda satışa çıxarılıb.