Alesio anasına görə dönüşünü yubatdı
Braziliyalı həftəsonu rəhbərliklə görüşəcək

Oktyabrda futzal üzrə UEFA kubokunun əsas mərhələsinə start veriləcək ki, bu raunddan mübarizəyə qoşulacaq “Araz” hazırlığa bir həftədi başlayıb. Xəbər verdiyimiz kimi, Naxçıvan təmsilçisinin təlim-məşq toplanışının startı baş məşqçisiz və legionerlərsiz keçib. Millimizə cəlb olunan braziliyalı futzalçıların ilk həftə komanda ilə birgə ola bilməyəcəyi öncədən məlum idi. Vassura istisna olmaqla (o, ayın 30-da Bakıya gələcək), artıq cənubi amerikalılar düşərgəyə təşrif buyurub. Başqa sözlə, “köhnə qvardiya”nın üzvləri Bolinya, Qallo və Eduardo, həmçinin yeni transferlər - sonuncu klubu Latviya “Nikars”ı olan braziliyalı Valelya və onun həmyerlisi, “Kopaqril”i Azərbaycana dəyişən Qabriel məşqlərdə iştirak edir. Qeyd edək ki, 1992 təvəllüdlü Valelya hücumçu, Biel kimi tanınan Qabriel isə müdafiəçidi. Toplanışın ilk həftəsində komandaya nəzarət edən Ağakərim Həsənov sonuncu klubu “Tümen” olan Ramil Quliyevlə əslən dağıstanlı İbrahim Cəlilovu da sınaqdan keçirib. Ramil və Saratov “Volqa”sında top qovan İbrahim ilk gündən baxışda olsa da, yekun sözü Alesio deyəcək. Bu o deməkdi ki, “Araz”ın sınaqdan keçirdiyi gənc futzalçılar hələ bir həftə də düşərgədə qalmalı olacaqlar.
Bu yaxınlarda yenidən “Araz”ın və millimizin “sükanı arxasına” keçən Joze Alesio da Silvaya gəlincə, təcrübəli mütəxəssisin Bakıya iyulun 23-də təşrif buyuracağı gözlənilsə də, o, üç-dörd gün yubanıb. Braziliyalı ayın 20-də federasiya rəsmiləriylə əlaqə saxlayaraq, biletinin 26-dan 27-nə keçən gecəyə dəyişdirilməsini xahiş edib. O, buna səbəb kimi anasının iyulun 22-də əməliyyat olunacağını əsas göstərib. Beləliklə, Alesio artıq ölkəmizdədi. O, dünən komandanı ilk məşqə çıxarıb. Qeyd edək ki, “Araz”ın məşqləri hər gün saat 17-19 aralığında Bakı İdman Saryında keçirilir. Komandanın hazırlığında 15-16 futzalçı iştirak edir. Alesionun həftəsonu Futzal Federasiyasının rəhbərliyi ilə görüşü planlaşdırılır. Təcrübəli mütəxəssisin istək və tələbləri məhz bu görüşdə aydın olacaq. Bu tələblər arasında komandaya fiziki hazırlıq üzrə mütəxəssisin cəlb olunması da var.
MİRAĞA

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər