Sizin reklam burada

U-19 debütanta “5” verdi

Baxış Sayı:687

U-19 debütanta “5” verdi
19 yaşadək futbolçulardan ibarət yığmamız iyulun 25-dən təlim-məşq toplanışına başlayıb. Təbriz Həsənovun komandası avqustun 6-na qədər hazırlıq keçəcək. Bakıda keçirilən hazırlıq prosesinə 23 oyunçu cəlb olunub. Təbriz bəy “İnter”dən Rafael Məhərrəmli, Yusif Həsənov, Şahin Zəkiyev, Ricat Qarayev, Ceyhun Muxtarlı, Murad Qayalı və Nadir Qasımovu, “Qarabağ”dan Məhəmməd Hüseynov, Əsgər Hüseynov, Süleyman Əhmədov və Xaqani Sadıxovu, “Neftçi”dən Elçin Əsədov, İbrahim Əliyev, Cavidan Qasımlı və Rəhman Daşdəmirovu, “Qəbələ”dən Əli Sadıxov, Murad Popov və Fərid Nəbiyevi, MOİK-dən Bahadur Həziyevi, “Sumqayıt”dan İsmayıl Babayevi, “Vətən”dən Nazim Bağırovu, klubsuz Pilağa Mehdiyevi, eləcə də Özbəkistan “Bunyodkor”unun üzvü Kamran Nəcəfəliyevi sərəncamında görmək istəyib. Hələlik AFFA-nın Futbol Akademiyasında məskunlaşan, iyulun 30-dan Mərdəkana köçməyi planlaşdıran U-19 dünən hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Yığma birinci divizionda iştirak edəcək “Binə” ilə gücünü sınayıb ki, tərəflər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gəliblər. Təbriz Həsənovun komandası rəqibini darmadağına məruz qoyub – 5:0. İbrahim Əliyev 2, Süleyman Əhmədov, Cavidan Qasımlı və Nadir Qasımov isə hərəyə 1 dəfə fərqləniblər.
U-19 toplanış ərzində daha dörd oyunda qüvvəsini sınamağı planlaşdırır. Sabahkı rəqib “Qarabağ”ın əvəzediciləri olacaq. Avqustun 1-də “Şüvəlan”, 3-də “Kəpəz”, 5-də isə “Qaradağ Lökbatan”la yoxlama matçı nəzərdə tutulub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR