Sizin reklam burada

“Neftçi” xorvat futbolçu transfer edir

Baxış Sayı:466

“Neftçi” xorvat futbolçu transfer edir
Elxan Abdullayev “Şalke-04”lə rəsmi oyunda qarşılaşmağı arzulayır

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” heyətini gücləndirə bilər. “Ağ-qaralar” Meteo Mujeki transfer etmək niyyətindədi. Xorvatiyalı yarımmüdafiəçi müqavilə ilə Sloveniya təmsilçisi “Rudar”a məxsusdu. “Neftçi” hazırda 22 yaşlı futbolçunun klubu ilə danışıq aparır.
Yeri gəlmişkən, “ağ-qaralar”ın srağagün “Şalke-04” ilə yoldaşlıq oyununda qüvvəsini sınadığını bilirsiz. Elxan Abdullayevin yetirmələri bundesliqa təmsilçisi ilə görüşdə minimal hesabla (0:1) məğlub oldu. Qarşılaşma ilə bağlı “Neftçi”nin çalışdırıcısı klubun telekanalına açıqlamasında bunları deyib: “Oyun çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, uşaqlar yaxşı təsir bağışladı. Komandadan razı qaldım. Arzum budu ki, “Şalke-04” ilə yoldaşlıq oyununda yox, rəsmi matçda görüşək”.
Komandanın hücumçusu İqnasio Erreranın fikirləri isə belə olub: “Bu təlim-məşq toplanışının ən vacib oyunlarından biri idi. Bizim üçün çox gözəl təcrübə oldu. Güclü yağış yağması oyunumuzda çətinlik yaradırdı. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq. Artıq növbəti iki qarşılaşmaya hazırlaşmalıyıq. “Şalke-04” asan rəqib deyil. Almaniya bundesliqasında yüksək yerlər uğrunda mübarizə aparan komandalardan biridi. İkinci hissədə bərabərlik qolunu vurmaq üçün bir neçə dəfə şansımız oldu. Amma istifadə edə bilmədik. Bunda rəqibin ustalığı da sözünü dedi”.
“Şalke-04”ün futbolçusu Brel Embolonun düşüncələri ilə də tanış olun: “Neftçi” ilə qarşılaşma sürətli tempdə keçdi. Görüş çox gərgin mübarizə ilə yadda qaldı. Qarşılaşma sürətli keçdiyindən mən dəfələrlə ani olaraq vacib qərarlar qəbul etdim. Meydanda olduğum təxminən yarımsaatda düşünmək çox vacib idi. Hava şəraitinə görə “Neftçi” ilə oyun suda döyüşə bənzəyirdi. Amma bir məsələ də var ki, havanı seçə bilmirsən. Mənim üçün belə havada oynamaq maraqlı idi. Qarşılaşmadan öncə bu oyunda şans qazanacağımı biləndə sevincimdən xoşbəxt idim. Görüş bitəndən sonra isə telefonum susmadı. Dostlarım “Şalke-04”dəki növbəti matçıma çıxdığıma görə mənimlə birgə sevinirdilər”.
Sonda onu da qeyd edək ki, “ağ-qaralar” iyulun 30-da “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), avqustun 2-də isə “Herta” (Almaniya) ilə qarşılaşacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR