“Milli Dəstə” “Qəbələ” və “Qarabağ”ı səfərdə dəstəkləməyəcək
Şamil Mustafayev: “Razılaşmışıq ki, maliyyə və vaxt baxımından daha sərfəli oyunlara gedək”

Avrokuboklarda çıxış edən komandalarımıza səfər matçlarında ən çox dəstək verən, təbii ki, “Milli Dəstə” azarkeş qrupudu. Adı çəkilən azarkeş qrupu istər millinin, istərsə də klubların oyunlarına gedib, sona qədər azarkeşlik edib. Özü də bütün xərcləri özləri qarşılamaqla, uzun yol qət etməklə. Sözün əsl mənasında Avropa arenalarında Azərbaycan azarkeşi adından söz etdiriblər. Elə matçlar olub ki, sayları az olmasına baxmayaraq, 90 dəqiqə komandalarımızı irəli səsləyiblər. Əsasən Almaniya və Hollandiyada qərarlaşan azarkeş qrupunun üzvlərinin uzaq ölkələrə gedişi, adətən, çətin olur. Məsələ yolun uzunluğunda yox, maliyyədədi. Yəni təyyarə biletlərinin bahalığı azarkeşlərin oyunlara getməsinə mane olur.
Yəqin hamı istərdi ki, “Milli Dəstə” avrokuboklarda mübarizəni davam etdirən həm “Qarabağ”ın, həm də “Qəbələ”nin oyunlarında tribunada yerini tutsun. Bu gün “Qəbələ” Yunanıstanda “Panatinaikos”la üz-üzə gələcək. Təbii ki, yunan azarkeşlərin çılğınlığı haqda məlumatı olmayan azdı. Lakin onların arasında az sayda da olsa, azərbaycanlının yer alması, bayrağımızın tribunada dalğalanması Roman Qriqorçukun komandası üçün hava-su kimi vacibdi. Üstəlik, “Qarabağ”ın “Şerif”lə səfər oyunu haqda da bunu söyləmək olar. Moldovalı azarkeşlərin doğma meydanda anşlaq yaradacağı şübhə doğurmur.
Bəs görəsən, bu iki qarşılaşmada “Milli Dəstə”nin üzvləri iştirak edəcəkmi? Sualı azarkeş qrupunun rəhbəri Şamil Mustafayevə ünvanladıq. Onun cavabı isə belə oldu: “Təəssüf ki, “Panatinaikos” – “Qəbələ” matçında içtirak edə bilməyəcəyik. Biz bu haqda kluba da məlumat vermişik. Səbəb isə çox sadədi. Şəxsi işlərimiz var. Bilirsiz ki, bizim uşaqların çoxu Avropada təhsil alan tələbələrdi. Onların hər zaman vaxtı olmur. İndi yaydı, çoxlarının semestr imtahanları var. Məsələn, mən diplom işimi müdafiə etməliyəm. Bu üzdən hazırda nəfəs almağa belə vaxtım yoxdu. Digər uşaqların da həyatlarında önəmli, vacib işlər baş verir. Biz onlara deyə bilmərik ki, işini sonraya saxla, oyuna gedək. Bu il “Milli Dəstə”də bir az geriləmə hiss olundu. Düzdü, bəzi oyunlara getdik. Amma əvvəlki qədər fəal ola bilmirik. “Qəbələ” mərkəzi və qərbi Avropa ölkəsinin klubu ilə qarşılaşsaydı, bəlkə də gedərdik. Özünüz görmüsüz ki, qitənin qeyd etdiyim hissəsində baş tutan oyunların, demək olar, hamısında iştirak etmişik. Yunanıstan cənubda yerləşir. Məsafə çox uzaqdı. Uzaq olanda bilet tapmaq da çətin olur, vaxt tapmaq da. Bu üzdən ötən il də “Qarabağ” və “Qəbələ”nin Yunanıstandakı oyunlarını tribunadan izləyə bilmədik”. Mustafayev deyir ki, maliyyə məsələsi səfərlər zamanı əsas rol oynayır: “Təbii ki, əsas məsələ həm də puldu. Maliyyə olmadan səfərə yollanmaq olmur ki. Avropa çox bahalı yerdi. Maliyyə olsa, bir günün içində gedib-gələ bilərik. Amma indiki halda bunu etmək müşkül məsələdi. Bir sutkada gediş-qayıdış üçün təyyarə biletləri çox bahadı. Ona görə də azarkeş qrupunda müzakirələr aparanda razılaşmışıq ki, maliyyə və vaxt baxımından daha sərfəli oyunlara gedək. Biz hamısında iştirak etmək istəyirik. Lakin reallığı da nəzərdən qaçırmaq lazım deyil”.
Şamilin sözlərinə görə, Yunanıstanda yaşayan tanışları da yoxdu: “Ümumiyyətlə, biletlə bağlı kimsə bizə müraciət edəndə vasitəçilik etməyə çalışırıq. Məsələn, “Yagelloniya” – “Qəbələ” qarşılaşması üçün Polşada təhsil alan tələbələr bizə müraciət etdi. Biz də klubla danışdıq və onlar üçün 20 bilet götürə bildik. Bunu həll etmək asandı. Beləcə “Qəbələ” dəstəksiz qalmadı. Uşaqlar sağ olsunlar, sona kimi komandaya azarkeşlik etdilər. Üstəlik, bizə də vasitəçiliyə görə minnətdarlıqlarını bildirdilər. Təəssüf ki, Yunanıstanda təhsil alan və ya yaşayan həmvətənlərimizdən heç kim bizimlə əlaqə saxlamayıb. Hətta “feysbuk” səhifəmiz vasitəsilə də müraciət etdik. Amma səs-soraq yoxdu. Orda azərbaycanlılar az yaşayır. Olsa-olsa, istirahətə gedənlərdi”.
Azarkeş qrupunun rəhbəri “Şerif” – “Qarabağ” matçında da iştirak etməyəcəklərini dilə gətirdi: “Moldova lap uzaqdı. Hətta Yunanıstandan da. Matça gedib-gəlmək üçün ən azı 4 gün vaxt lazımdı. Üstəlik, minimum 300 avro pul. Bir daha qeyd edim ki, maliyyədən öncə vaxt önəmlidi. Avropaya gəlməkdə prioritetim diplom işidi. Çünki tələbəyəm. Digər dostlarım Vüsal və Orxan da işlə bağlı məşğuldular, icazə ala bilmirlər. Tiraspoldakı oyuna gedə bilməsək də, ümid edirik ki, “Qarabağ” pley-offa yüksələr. Orda da Qərbi Avropa təmsilçiləri ilə düşsələr, mütləq bir səfər planlaşdırmağa çalışacağıq. Moldovada Azərbaycan Cəmiyyəti var. Hansı ki, xeyli həmyerlimiz orda çalışır. Ötən mövsüm “Kəpəz” Avroliqada “Daçiya” ilə oynayırdı. Həmin matç zamanı da Moldovada yaşayan azərbaycanlıları dəvət etmişdik. Sağ olsunlar, gəlib dəstək vermişdilər. Bu dəfə də onlarla əlaqə saxlayacağıq və matça getmələri ilə maraqlanacağıq. Ehtiyac olarsa, klubla danışıb biletlə təmin edəcəyik. Çox güman, “Qarabağ”ın oyunu ilə maraqlananlar, bu qarşılaşmanı tribunadan izləmək istəyənlər olacaq. Moldovada azərbaycanlılar çoxdu”.
ŞƏFİ ŞƏFİYEV

Son xəbərlər

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Bütün xəbərlər