
Ölkə futbolu
831
27.07.2017, 21:04
Əliyar Ağayevdən meydan sahiblərinə “3”, qonaqlara “5”
Əliyar Ağayev iyulun 25-də Çempionlar Liqasında növbəti oyununu idarə edib. FİFA referisinin rəhbərlik etdiyi hakimlər briqadası elit turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Buxarestdə keçirilən “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) görüşündə iş başında olub. Hər iki tərəfin iki qol vurduğu matçda Ağayev 8 dəfə sarı vərəqəyə görə əlini cibinə atıb. Bunlardan üçünü meydan sahiblərinə, beşini isə qonaqlara göstərib.
Qeyd edək ki, Əliyara bu qarşılaşmada laysmanlar Zeynal Zeynalovla Rza Məmmədov kömək edibsə, dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.