Sizin reklam burada

Davud Ərzurum toplanışından razı qalıb

Baxış Sayı:357

Davud Ərzurum toplanışından razı qalıb
İyulun 14-dən 24-nə qədər Türkiyədə hazırlıq keçən "Kəpəz" təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdıb. Komandanın Ərzurumda keçirdiyi məşqlər və yoldaşlıq görüşləri haqda "sarı-göylər"in qolkiperi Davud Kərimi klub saytına fikirlərini bölüşüb: "Təlim-məşq toplanışı qaydasında keçdi, yaxşı hazırlaşmağımız üçün gözəl şərait yaradılmışdı. Buna görə rəhbərliyə təşəkkür edirəm. Əzmlə, səylə çalışdıq. Məşqlər ağır keçdi. Əsasən fiziki hazırlıq üzərində işlədik. Yoxlama oyunları keçirdik. Görüşlər olan günlərdə də səhərlər məşq edib oyunlara çıxdıq. Yorğunluq fonunda çıxış etdik. Məncə, pis oynamadıq. Bizim üçün əsas olan belə oyunlar yox, çempionat matçlarıdı. Ona görə də nəticə birinci planda deyildi. Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq".
Qeyd edək ki, gəncəlilər Türkiyədən qayıtdıqdan sonra dörd gün dincələcək. Yəni komanda üzvləri iyulun 29-da Bakıda bir araya gəlib, növbəti hazırlıq prosesini başa vuracaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR