Sizin reklam burada

“Sumqayıt” aşağı dəstə təmsilçisinə uduzdu

Baxış Sayı:624

“Sumqayıt” aşağı dəstə təmsilçisinə uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" srağagün əvvəlcədən planlaşdırılmamış yoxlama oyunu keçirib. “Kimyaçılar”ın çalışdırıcısı Samir Abasov axşam məşqinin əvəzinə yetirmələrini iş başında izləməyi lazım bilib. “Ağ-göylər”in rəqibi PTT liqasında mübarizə aparan “Adana Dəmirspor” olub.
“Sumqayıt” matça bu heyətlə başlayıb: 23. Mehti Cənnətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı. Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov.
Oyuna sonradan qoşulanlar: 18. Tural Axundov, 32. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev.
Heyətdən də göründüyü kimi, Samir bəy aşağı dəstə təmsilçisi ilə görüşdə əsas heyətin bəzi üzvlərinin xidmətindən yararlanmayıb. Fərhad Vəliyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Cavid Tağıyev və Xəyal Nəcəfov 90 dəqiqəni kənardan izləyiblər.
Görüş Adana təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nominal meydan sahiblərinin heyətində 8-ci dəqiqədə Mendi, 70-də isə Lalavele adını tabloya yazdırıb. 88-ci dəqiqədə Rəşad Eyubov buraxılan qollardan birinin əvəzini çıxsa da, “gənclik şəhəri”nin təmsilçisinin bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Tavon”a qarşı keçirəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR