Sizin reklam burada

Kamran Ağayevin 10-cu klubu

Baxış Sayı:768

Kamran Ağayevin 10-cu klubu
“Boavişta”dan ayrılandan sonra klubsuz olan Kamran Ağayev axır ki, özünə yeni iş yeri tapdı. Millimizin əsas qapıçısının “İnter”də məşqlərə qoşulacağı, qışdan sonra isə transfer qadağası olan kluba keçəcəyi gözlənilirdi. Lakin bu baş vermədi. Ağayev yenidən legioner həyatı yaşamağı üstün tutdu. O, bundan sonra karyerasını Çexiyada davam etdirəcək. Kamran "Mlada Boleslav" ilə müqavilə bağlayıb. Bir neçə gün öncə Çexiyaya yollanan təcrübəli qapıçı Boleslav təmsilçisi ilə “1+1” illik anlaşıb. Ağayev hətta "Mlada Boleslav"ın formasında şəkillər də çəkdirib.
Qeyd edək ki, “Mlada Boleslav” Ağayevin karyerasında 10-cu klubdu. Tovuz futbol məktəbinin yetirməsi indiyə qədər “Şəfa” (2003-04), “Turan” (2004-06), “Xəzər Lənkəran” (2006-13), “Bakı” (2013-14), “Qəbələ” (2014-15), “Kayserispor” (2015), “Karşıyaka” (2015), “İnter” (2016) və “Boavişta”da (2016-17) çıxış edib.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR