• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mircavadov 29 il sonra qayıtdığı “İmarət”də ağlayıb - MÜSAHİBƏ

Müsahibə

30-05-2022, 11:0

Mayın 23-də AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov birvaxtlar “Qarabağ”ı çalışdırarkən həm yaşayıb, həm də çalışdığı Ağdama səfər etdi.

Onunla yanaşı, “köhlən atlar”ın “İmarət”dəki son oyununda meydanda olan futbolçular da uzun müddətdən sonra doğma məkana baş çəkib. Görəsən, 29 il sonra Ağdama, “İmarət”ə qayıdan Mircavadov hansı hissləri keçirib, təəssüratı necədi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ağasəlim bəylə əlaqə saxlamağı lazım bildik.

- İllər sonra Ağdama səfər etdiz. Əvvəlcə bu gecikmiş görüşlə bağlı fikrilərinizi öyrənmək istərdik.
- Bilirsiz, bir var televizordan görmək, bir də var canlı. Tam fərqli hisslər imiş. Televizordan baxanda da həmişə pis təsir edirdi. Amma orda olanda, inanın mənə, insan özünü itirir. Ağdam böyük şəhər idi. Orda 100 mindən çox əhali yaşayırdı. Ancaq həmin gözəl şəhərdən əsər-əlamət qalmayıb. Stadiona daxil olanda hamımız pərişan idik. Hətta göz yaşlarımı saxlaya bilmədim, ağladım. Heç nə əvvəlki kimi deyil. Tribuna da yoxdu. Stadionun ətrafında xar tut ağacı vardı. Orda oluğumuz müddətdə onun meyvəsindən çox faydalanırdıq. Çox böyük ağac idi. İndi elə bil heç orda ağac olmayıb. Onu da məhv ediblər. “İmarət”ə daxil olanda inanmadım ki, bura həmin stadiondu. Arenanın kiçik hasarı var idi, çay daşlarından düzəldilmişdi. Onun hesabına tanıdım. Orda iki günbəz var idi, onu da dağıdıblar. Ümumilikdə hər şey dağıdılıb stadion ətrafında. Stadionun mərkəzinə raket düşmüşdü. Ora da baxdıq. Böyük bir çala əmələ gəlmişdi. İndi ot bitib.

- “Qarabağ”da çalışdığınız dövr haqda da fikirlərinizi öyrənmək istərdik...
- 1991-ci ildə komandaya rəhbərlik etməyə başladım. Onda vəziyyət çox da gərgin deyildi Ağdamda. Amma nələrinsə baş verəcəyi də hiss olunurdu. Əhali o zaman öz işləri ilə məşğul idi. Məşqimizə də, oyunumuza da gəlirdilər. Matçlarımızda anşlaq olurdu. Stadiona aid 2 mərtəbəli bina var idi, orda məskunlaşırdıq. Hətta yerli uşaqlar var idi ki, onlar orda bizimlə qalırdılar, evlərinə getmirdilər. O vaxt SSRİ çempionatının 2-ci dəstəsində, aralıq zonada oynayırdıq. Burda da 5 Ukrayna, 3 Moldova, 4 Belarus klubu, Rusiyadan Nalçik “Spartak”ı bizdən isə 3 komanda - “Qarabağ”, “Kəpəz” və “Göyəzən” çıxış edirdi. Onlar gəlib burda oynayırdılar. Müharibə gedirdi. Düzdü, Ağdamdan çox da hiss edilmirdi. Ancaq əsgərlər avtomatlarla oyunumuzu izləməyə gəlirdilər. Buna baxmayraq, əhali qorxmurdu. Hər kəs gündəlik işi ilə məşğul olurdu. Zavodlar da fəaliyyət göstərirdi.

- Ağdamdakı son oyunda çıxış edən heyətin hamısı yenidən ora qayıtmışdı?
- O vaxt meydanda olan heyətin çoxu bizimlə birlikdə Ağdama səfər etdi. Amma Mahir Əliyev, Kamaləddin Əliyev müəyyən problemlərə görə gedə bilmədi. Ramiz adlı mərkəz müdafiəçimizi tapa bilmədik. Mingəçevirdən olan Zaur Qarayevlə Mehman Alışanovu da, təəssüf ki, şəraitlə əlaqədar Ağdama apara bilmədik. Səfərimiz çox yaddaqalan oldu. Bizə böyük ruh yüksəkliyi verdi.

- Ağdamda hansı xatirələriniz canlandı?
- “İmarət”də son oyunumuzu 1993-cü il mayın 12-də keçirdik. 29 il ötüb. Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”la üz-üzə gəlirdik. Bir gün öncə gəlib məşq etdik. Həmin gecə oteldə qalmışdıq. Çünki bizim o zaman Ağdamda məskunlaşdığımız yerdə əsgərlər qalırdı. Həmin matçda 1:0 hesabıyla qalib gəldik. Təbii ki, bu qarşılaşmanın “İmarət”dəki son görüşümüz olacağını təxmin edə bilməzdik. 29 il sonra geri dönmək nəsib oldu. Şükürlər olsun ki, torpaqlarımızı düşmənin əlindən almışıq. Cənab Prezident sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində torpaqlarımız bizə qayıtdı. Azərbaycan xalqının bu mübarizədə göstərdiyi birlik qələbəmizdə əsas rol oynadı.

- Ağdamda yenidənqurma işləri ilə tanış olduz?
- Bəli, tikinti gedirdi. Stadiondan çıxıb məscidə gəldik. İndi tanınmaz hala düşdüyündən hansı küçələr olduğunu dəqiq deyə bilməyəcəm. Ancaq bərpa işlərinin getdiyinin şahidi olduq. Bundan əlavə, 1 saylı məktəb də tikilir. İkinci mərtəbənin tikintisi başa çatıb, üçüncüyə başlanılıb. Şükürlər olsun ki, keçmişdə nə var idisə, hamısı yenidən qurulur. Qısa zamanda məscid hazır olacaq. Yollar torpaqdı, hələ ki asfalt çəkilməyib. Amma getdiyin yolun hara çıxacağını bilirsən.

- Allahverdi Bağırovun da məzarını ziyarət etdiz. Məzarlıqda vəziyyət necə idi? Bildiyimiz qədər erməni vandalları qəbirlərə də ziyan vurb..
- Qəhrəmanımız Allahverdi Bağırovun məzarını ziyarət etdik. Məzarlıqda başqa şəhidlərimizi də ziyarət etdik. Qeyd etdiyiniz kimi, qəbiristanlığı erməni vandalları pis günə qoyub. Heç nə yoxdu orda. Əhali imkan daxilində gedib düzəldir. Burdan sonra Şahbulağa yollandıq.

- Ağdamla bağlı arzularınız nədi?
- İnşallah, yenidənqurma işləri qısar zamanda yekunlaşar və insanlar doğma torpaqlarına qayıdar. Əminəm ki, Ağdam əvvəlki kimi böyük və gözəl şəhər olacaq. Bu duyğularla ordan ayrıldıq.

- “Ağdamın havası fərqli olur” deyirlər...
- İnanın ki, Şahbulaqda oldğumuz vaxt üç dəfə hava dəyişdi. Gün çıxdı, yağış yağdı, yenidən günəş doğdu. Oranın suyundan da doymaq olmur. Adam içdikcə içmək istəyir. Oranı görəndən sonra hələ özümə gələ bilməmişəm.

- Ağdamda “Qarabağ”a yenidən rəhbərlik etmək şansı yaransa, cavabınız necə olar?
- “Qarabağ”ın Ağdama yenidən qayıtması müəyyən müddət sonra mümkün olacaq. Yeni stadion tikiləcək. Səhv etmirəmsə, tutumu 15-16 min olacaq. “İmarət”də oynamayacaqlar. Buranı muzey kimi saxlayacaqlar. Yaşından asılı olmayaraq, “Qarabağ”da hamı işləmək istəyər (gülür). Çünki istək böyükdü. Amma hazırda bu komandada işlər çox yaxşıdı, qaydasında gedir. Gözəl də işləyirlər. Bir-iki ilə getsələr də, yenə həmin kollektiv çalışacaq. Amma mən tərəfdən nə kömək lazım olsa, göstərməyə həmişə hazıram.

- Sizcə, “Qarabağ” yenidən Çempionlar Liqasının qrupuna yüksələ biləcək?
- Bunu hər birimiz istəyirik. Konfrans Liqasında çox uğurlu çıxış etdilər. Baxımlı futbol nümayiş etdirdilər. Amma fikrimcə, heyət gücləndirilməlidi. Müəyyən mövqelərə transferlər edilməlidi. Eşitdiyimə görə, bu yöndə çalışırlar. İndiki Çempionlar Liqası əvvəlki kimi deyil. Mübarizə də çətinləşib. Çox güclü klublar oynayır. Amma ən birincisi sən hazır olmalısan. Yenə də ümid edirik ki, “Qarabağ” bu turnirdə çıxış edəcək.

- Qarşıdan Millətlət Liqasının oyunları gəlir. De Byazinin də qarşısına öhdəlik qoyulub ki, yığmanı bu qrupdan çıxarsın. Sizcə, bu nə dərəcə realdı?
- Burda əsas məsələ oyunçuların nə dərəcədə hazır olmasıdı. “Qarabağ”ın futbolçuları hazırda yüksək səviyyədə çıxış edir. Qalan klublarımızda da yerli oyunçular yaxşı səviyyədədi. Yığmanın üzvlərinin əksəriyyəti hazırda təlim-məşq toplanışındadı. 4 oyun olacaq. Ümidliyəm. Maksimum xalla çıxmaq olar bu matçlardan. Əsas oyun barədə fikirləşirəm, xal yox. Yığmanın oyunu baxımlı olarsa, təbii ki, xal da olacaq. Bunlar bir-biri ilə vəhdət təşkil edir.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər
Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə