Sizin reklam burada

Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır

Baxış Sayı:551

Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır
“Qəbələ”nin xorvatiyalı legioneri Filip Ozobiç “Panatinaikos”la oyundan əvvəl Yunanıstanın gazzetta.gr portalının əməkdaşı ilə danışıb. Yarımmüdafiəçi Afina təmsilçisini güclü rəqib adlandırmaqla yanaşı, yunan azarkeşlərin çılğın olduqlarını da yada salıb: “Panatinaikos” təqdirəlayiq tarixi olan bir klubdu. Onların Avropada özünəməxsus keçmişi və ənənələri var. Belə köklü komanda ilə mübarizə aparacağımız üçün şadam. Çox çətin oyun olacaq. Çünki rəqib böyük hədəfləri olan klubdu. Həmçinin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindi. Azarkeş dəstəyi sayəsində “Panatinaikos”un futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.
26 yaşlı futbolçu “Panatinaikos”la ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları “Yagelloniya”nı müqayisə etməyi də unutmayıb: “Afinada ən yaxşı oyunumuzu sərgiləməli və qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu bizim hədəfimizdi və asan olmayacağını dərk edirik. Bütün çətinliklərə baxmayaraq, hesab edirəm ki, növbəti mərhələyə vəsiqə qazana bilərik. Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdu. Buna rəğmən, bizim də şansımız az deyil”.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR