Sizin reklam burada

Eddi yenə diqqət mərkəzinə düşdü

Baxış Sayı:486

Eddi yenə diqqət mərkəzinə düşdü
Əksər klublar kimi, “Kadis” də növbəti mövsümün hazırlığını davam etdirir. Eddi İsrafilovun şərəfini qoruduğu komanda İspaniya sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə yoxlama oyununda üz-üzə gəlib. Əndəlus təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub. Eddi də görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb və komandasının son dəqiqələrdə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini verib.
Legionerlərimizdən söz düşmüşkən, Dəniz Yılmazın “Bursaspor”dan ayrılması yenidən gündəmə gəlib. Türkiyə mətbuatında yer alan xəbərə görə, superliqanın debütantı “Malatyaspor” yığmamızın forvardının xidmətində maraqlıdı. Belə ki, hücumçu axtarışına çıxan Malatya təmsilçisi “Bursaspor”un iki ön xətt oyunçusu Dəniz Yılmaz və Tomaş Netsidə “elçi düşüb”. Baş məşqçi Ərtuğrul Sağlam rəhbərliklə görüşdə bu iki oyunçunun alınmasını tələb edib. Dərhal hərəkətə gələn “Malatyaspor” qarşı tərəflə danışıqlara başlayıb. Qeyd edək ki, “Bursaspor” Dənizi əfv etməsinə baxmayaraq, onun satılmasının əleyhinə deyil. Belə ki, “ağ-yaşıllar” həm Yılmaz, həm də Netsidin transfer qiymətinin 500 min avro olduğunu açıqlayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR