Sizin reklam burada

“Azenco” “Şahdağ”a vəd verib

Baxış Sayı:6 253

“Azenco” “Şahdağ”a vəd verib
Kamran Əlibabayev: “İlkin ayrılacaq maliyyə ilə normal nəticələr əldə etsək, büdcə artırılacaq”

Növbəti mövsüm birinci divizionda iştirak edəcək komandaların tam sihaısı hələ bilinmir. Amma iştirak edəcəyi tam olaraq dəqiqləşən komandalardan biri “Şahdağ”dı. Son zamanlar aşağı dəstənin daimi sakini olan Qusar klubunun dağılacağı deyilsə də, rəhbərlik şimallıları futbolsuz qoymaq niyyətində deyil. Belə ki, “Şahdağ”ın sponsoru olan “Azenco” şirkəti kluba dəstək olacağını, müəyyən qədər vəsait ayıracağını bildirib. Eşitdiklərimizə inansaq, “Şahdağ” növbəti mövsüm hətta medallar uğrunda mübarizə aparacaq.
Hazırda klub prezidenti Ərəstun Niftiyevlə baş məşqçi Kamran Əlibabayev futbolçu axtarışlarını davam etdirir. Klubda son durumla maraqlanmaq üçün Əlibabayevlə danışmağı lazım bildik. O, həqiqətən də “Azenco” rəhbərliyini yaxşı vədlər verdiyini gizlətmədi: “Bizim bir sponsorumuz var. O da “Azenco”du. Bu illər ərzində “Şahdağ” böyük çətinliklərlə üzləşdi. Artıq vəziyyəti düzəltməyin vaxtıdı. Şirkətdən bizə bildiriblər ki, birinci divizion üçün kifayət edəcək qədər vəsait ayrılacaq. Biz də buna uyğun komanda formalaşdıracağıq. İnanıram ki, hər şey yaxşı olacaq. “Azenco” bizə yeni formalar və komanda üçün lazım olan digər ləvazimatlar da söz verib. Bildiriblər ki, ilkin ayrılacaq maliyyə ilə normal nəticələr əldə etsək, büdcə artırılacaq”.
Baş məşqçinin sözlərinə görə, komanda güclü və təcrübəli futbolçulardan təşkil olunacaq: “Sabahdan (bu gündən) komanda yığışacaq. Bir neçə gün seleksiya xarakterli təlim-məşq toplanışımız olacaq. Komanda tam yığılandan sonra hazırlığın əsas mərhələsinə keçəcəyik. “Şahdağ”da güclü və təcrübəli oyunçular görə biləcəksiz. Onların arasında premyer-liqa təcrübəsi olanlara da rast gələcəksiz. Mən uduzmağı sevən adam deyiləm. Bu üzdən yığıramsa, gücülü komanda yığacam. Başqa cür ola da bilməz”.
Kamran bəy sonda Şövkət Orduxanov adına Qusar şəhər stadionunun durumundan da danışdı: “Yaxşı futbol sərgiləmək üçün yaxşı stadion lazımdı. Yaxşı stadion olsa, hətta premyer-liqada da oynamaq olar. Hazırda bizim stadionun vəziyyəti ürəkaçan deyil. Amma çempionatın başlamasına qədər vaxtımız var. Çalışacağıq ki, əlimizdə olan imkanlardan istifadə edib, ot örtüyünü normal vəziyyətə salaq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR