Sizin reklam burada

“Səbail” qələbəyə həsrətdi

Baxış Sayı:598

“Səbail” qələbəyə həsrətdi
Növbəti mövsümdən premyer-liqada çıxış edəcək “Səbail” hazırlığı davam etdirir. Türkiyədə təlim-məşq toplanışı keçən “aslanlar” srağagün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Bu dəfə rəqib Özbəkistan “Paxtakor”u olub. Oyun Samir Əliyevin komandasının məğlubiyyəti ilə başa çatıb. Özbəklər paytaxt klubunun qapısından 4 top keçirib. “Səbail”in isə cəmi bir qola gücü çatıb. Bakılıların heyətində Nurlan Novruzov fərqlənib.
Xatırladaq ki, “Səbail” Türkiyə toplanışı çərçivəsində burdan öncə iki sınaq qarşılaşmasına çıxmışdı. Omanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan Samir Əliyevin yetirmələri ikinci görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə 1:4 hesabıyla məğlub olmuşdu.
"Səbail" Türkiyədə sonuncu matçını iyulun 26-da keçirəcək. Rəqib yenə Səudiyyə Ərəbistanı komandası olacaq. Təmsilçimiz bu dəfə "Əl-Rid" ilə qarşılaşacaq.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR