Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş tələbələr arasında badminton yarışı keçirilib.
"Football-plus.az" xəbər verir ki, 8 təhsil müəssisəni təmsil edən yarışın qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası olub.
Azərbaycan Tibb Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin komandası isə üçüncü yerin sahibi olublar.
Tələbələr arasında badminton yarışı keçirildi - FOTOLAR
İdman
