Sizin reklam burada

Nazim Babayev yenə Avropa çempionu oldu

Baxış Sayı:803

Nazim Babayev yenə Avropa çempionu oldu
Atlet şəxsi rekordunu yenilədi

Polşanın Bıdqoş şəhərində 23 yaşadək atletlər arasında Avropa çempionatı keçirilib. 2 il əvvəl gənclər arasında qitənin ən güclüsü olan və bu yaş qrupunda 30 illik Avropa rekordunu yeniləyən Nazim Babayev yenə nəyə qadir olduğunu nümayiş etdirib. Üçtəkanla tullanmada çıxış edən 19 yaşlı idmançı təsnifat yarışında 16,67 metrə tullanaraq 2-ci yeri tutub. O yalnız alman Maks Hessdən (16,89) geri qalıb. Ancaq finalda həmyerlimiz bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. Babayev 17,18 metr nəticəylə şəxsi rekordunu yeniləyib. Finlandiyalı Simo Lipsanen (17,14) gümüş, Hess (16,68) isə bürünc medal qazanıb. Komanda hesabında ölkəmiz yeganə “qızıl”la 22-ci yeri tutub. Almaniya (4-6-8) hamını qabaqlayıbsa, Böyük Britaniya (3-4-3) və Polşa (3-4-3) ikinci-üçüncü yerləri bölüşüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR