Sizin reklam burada

“Kəpəz”in legionerləri gəldi

Baxış Sayı:445

“Kəpəz”in legionerləri gəldi
Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Söhbət əcnəbi oyunçulardan gedir. Əslində legionerlərin Ərzurumdakı hazırlıq prosesində komandaya cəlb olunacağı haqda xəbər vermişdik. Sadəcə, adlarını bilmədiyimizdən geniş məlumat vermək mümkünsüz idi. Artıq kimlikləri də bilinir. Bunlar nigeriyalı Oseqheyl Laki Viktor, malili Diallo Samba və braziliyalı Ferreyra Das Çaqas Dedimardı.
1992 təvəllüdlü Dedimar müdafiəçidi. Əsasən arxa xəttin mərkəzində çıxış etmək bacarığı ilə tanınıb. Boyu 187 santimetrdi. “Sambaçı” “Kəpəz”i “Voyvodina”ya dəyişən həmyerlisi Renanın yerinə komandaya cəlb olunub.
1995 təvəllüdlü Laki hücumçudu. İnternet qaynaqlarında onun haqda bilgi olmadığından, karyerası və göstəriciləri haqda ətraflı məlumat verə bilməyəcəyik.
1994 təvəllüdlü Samba isə yarımmüdafiəçidi. Malili futbolçu universallığı ilə seçilir. Orta sahənin mərkəzində və cinahlarda oynamaq bacarığına sahibdi. Sürəti, texnikası, işgüzarlığı ilə seçilir. Boyu 183 sm-di, işlək ayağı sağdı. Karyerasına 17 yaşında başlayan Diallonun ilk komandası Mali təmsilçisi “ASC Diaraf” olub. Qısa müddətdən sonra ölkəsinin başqa bir təmsilçisi “Coliba”nın təklifini qəbul edib. Lakin 2014-cü ildə Mərakeşə gedərək “Kavkab”da legioner həyatı yaşayıb. Ötən ilin sentyabrında “Muludiya”ya keçib. Maraq üçün qeyd edək ki, Samba Malinin əsas yığmasına olmasa da, müxtəlif illərdə U-17, U-20 və U-23-ə cəlb olunub.
“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu “sarı-qaralar”ın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib. Hər üçü ilə 1 illik müqavilə bağlanacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR