“Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi
Sübhan Əliyev: “Futbolçuların 80 faizi aldığı pulu haqq etmir”

Ötən mövsüm premyer-liqada 8 komanda arasında 7-ci yeri tutan və avrokuboklarda iştirak hüququndan məhrum olan “Neftçi” yeni mövsümün hazırlıqlarına start verib. Artıq komanda iki həftədən çoxdu Bakıda məşqləri davam etdirir. “Neftçi” bu müddət ərzində iki yoxlama matçında da qüvvəsini sınayıb. İyulun 11-də “ağ-qaralar” İsmət Qayıbov adına Bakıxanöv qəsəbə stadionunda əbədi və əzəli rəqib “Kəpəz”lə qarşılaşmışdı. Sözügedən qarşılaşmanı “Neftçi” azarkeşləri də izləyib. Daha dəqiq desək, hər zaman komandanın yanında olan “Forza Neftçi” bu dəfə də sevimli kollektivi tək buraxmamışdı. Fanatlar oyun ərzində şüarlar səsləndirmiş, mahnılar oxumuş, “Neftçi”yə necə lazımdı, dəstək olmuşdu. Xatırlatmaq yerinə düşər ki, həmin görüşdə “Forza Neftçi” erməni hərbçilər tərəfindən öldürülən Zəhra ilə bağlı “Biz hamımız Zəhrayıq!” pankartı da açmışdı. Bütün bunlara baxmayaraq, Elxan Abdullayevin yetirmələri tərəfdarları sevindirə bilməmişdi. Qarşılaşma gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. İylun 15-də isə paytaxt klubu eyni məkanda daha bir yoxlama matçında qüvvəsini sınayıb. Rəqib isə növbəti mövsüm birinci divizionda iştirak edəcəyi gözlənilən “Binə” olub. Bu görüşdə “Neftçi” 1:0 hesablı qələbə qazanıb. Lakin bu qələbə azarkeşlərin könlüncə olmayıb. Buna səbəb komandanın olduqca zəif çıxış etməsidi. Oyundan dərhal sonra azarkeşlər sosial şəbəkələrdə yenə “Neftçi” rəhbərliyini, məşqçilər korpusunu və futbolçuları tənqid edib.
“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin yazdıqları ilə tanış olun: “Binə” ilə oyuna baxdıq. Səsimizi çıxarmadıq. Hər şey açıq-aşkar ortadadı. Elxan bəy özü də gördü ki, komanda oynaya bilmir. Futbolçular heç düz-əməlli ötürmələr edə bilmirlər. “Kəpəz”lə oyunda edilən səhvlər “Binə” ilə qarşılaşmada da təkrarlandı. Heç bir dəyişiklik yoxdu. Komanda birqəpiklik oyun sərgiləyə bilmir. Bu oyunla çempionatda heç nə edə bilməyəcəklər. Bəziləri deyir ki, nəticə vacib deyil, çünki yoldaşlıq oyunudu. Amma hamı bilir ki, bu oyundan sonra gələcək təhlükəlidi. Məlum məsələdi ki, bu kollektiv 6-7-ci yerlədən başqasını tuta bilməyəcək. Ən yaxşısı istefa verin, gedin. Verməsəz, onsuz da yarıyolda qalacaqsız. Heç olmasa, birinin “Neftçi” fanatlarına yazığı gəlsin. Göz görə-görə flaqmanı dağıdırlar. Biz də cavan uşaqlarıq. Komandanın pis günə qoyulması bizə də dəhşətli dərəcədə pis təsir edir. Axırda səbrimiz daşacaq. Kənardan “Qəbələ”də Cavid Hüseynova, “Qarabağ”da Rəşad Sadıqova, “İnter”də Nizami Hacıyevə, “Zirə”də isə Rəşad Sadiqova baxanda ürəyimiz qan ağlayır. Ruslan Abışov “İnter”də gül kimi oynayırdı. Azarkeşlərin rəğbətini qazanmışdı. Amma qışda onu da gətirdiz, yaman vədlər verdiz, elə olacaq, belə olacaq, komanda güclənəcək dediz. Amma bunu görmədik. Bu gün kənardan Ruslana baxanda çox həvəssiz görünürdü. Çünki haqlıdı. Ən azı verilən vədin heç birini yerinə yetirməmisiz. Çempionat bitəndə demişdilər ki, səviyyəli təlim-məşq toplanışı keçiriləcək. Ən azı 4 nəfər yaxşı legionerlə komanda güclənəcək. Hətta deyirdilər ki, “Neftçi”ni tanımayacaqsız. Düz deyirsiz, flaqman dəyişdi. Onu yıxdız, tanıya bilmədik. O boyda “qoca çinar” bu gün yox olmaq üzrədi. Gəlin, özümüzü aldatmayaq. “Neftçi” rəhbərliyi və məşqçisi, dürüst olun, çıxın deyin ki, inkişaf olmayacaq. Ərizənizi yazıb, gedin. Hələ də gec deyil. Bizim də səbrimizin daşacağı günə çox az qalıb”.
Sübhan Əliyev dünən qəzetimizə açıqlamasında da “Neftçi” rəhbərliyindən və məşqçilər korpusundan narazı olduğunu vurğuladı: “Mən “feysbuk”da öz adımdan yazmışdım. Narazı olan tək mən deyiləm. Bütün “Neftçi” azarkeşləri narahat və narazıdı. Flaqmanı pis günə qoyublar. Adam bilmir, nə desin. Bu bizim qanımıza, canımıza toxunur. Hər dəfə yalançı vədlər verirlər. Nə etdiklərini heç özləri də bilmirlər. Deyirlər ki, banka borcumuz var. Bu üzdən fərli oyunçu ala bilmirik. Və ya yaxşı təlim-məşq toplanışı təşkil etmək olmur. Biz bütün bunları qəbul etmək istəmirik. Bu klubu borca salan azakeşlər olmayıb. Bankdan pulu biz götürməmişik ki. İstənilən havada öz cibimizdən pul ödəyib oyunlara gedirik. Hər şeyi təmənnasız edirik. Bu cür idarəçilik, sadəcə, fiaskodu”.
Əliyev deyir ki, bu oyunla heç bir nəticə qazanılmayacaq: “Söz veriblər ki, komanda ilk “3-lük”də olacaq. Bu oyunla? Siz də inanmayın. Biz yaxşı anlayırıq ki, yoxlama oyunudu. Amma gələcəyə nikbin baxmaq üçün heç nə görmədik. Uşaq belə olsan, komandaya kənardan baxanda hər şeyi anlayırsan. Bu heyətlə kimin qarşısına çıxmaq mümkün olacaq? Heç kimin. Hamıya uduzacaqlar. Futbolçuların 80 faizi aldığı pulu haqq etmir. Onların heç biri alın təri ilə qazanmırlar. Təsəvvür edin, yeni yaranan “Binə” yeri qaşıyırdı. Həqiqətən də meydanda can qoyurdular. Hələ “Kəpəz”dən danışmıram. Bir həftə öncə yığışan komanda elə oynayırdı ki, sanki “Neftçi”dən iki-üç dəfə güclüdü. Futbolçu meydandan çıxanda üstü palçıq olmadısa, onu oyunçu saymıram. Xüsusilə də sən “Neftçi”də oynayırsansa. Bütün bunları anlamaq lazımdı. Transferlər üzərində çalışmalıdılar. Bacarmayacaqlarsa, çıxıb getsinlər”.
ŞƏFİ ŞƏFİYEV

Son xəbərlər

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

Bütün xəbərlər