Sizin reklam burada

Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı

Baxış Sayı:621

Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı
Namiq Məstanov: “Ötən illərdə yaşananlar artıq hakim dairələr üçün dərs olub”

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı darmadağın edən (5:0) “Qarabağ” sabah Tiflisdə cavab qarşılaşmasına çıxacaq. Qarşılaşma ərəfəsində Gürcüstan paytaxtında oyuna marağın nə yerdə olduğunü, qonşu ölkənin futbol ictimaiyyətinin matçla bağlı nə düşündüyünü bilmək üçün artıq neçə müddətdi Tiflisdə yaşayan Namiq Məstanovla əlaqə saxladıq. Xatırladaq ki, “Turan”ın sabiq prezidenti Gürcüstan paytaxtında kazino açaraq biznes fəaliyyəti ilə məşğuldu.
Sabiq futbol funksioneri gürcülərin “Samtredia” – “Qarabağ” oyununa o qədər də maraq göstərmədiyini bildirdi: “Bakıdakı qarşılaşmada qeydə alınan nəticə artıq cütün qalibinin adını müəyyənləşdirib. Bu səbəbdən Tiflisdə qarşılamaya maraq çox azdı. Heç kim inanmır ki, Gürcüstan çempionu 0:5 hesablı məğlubiyyətdən sonra geridönüş edə bilsin.Məndə olan məlumata görə, biletlər satışa çıxarılsa da, tək-tük insanlar köşklərə yaxınlaşır. Onu da nəzərə almaq lazımdı ki, yay olduğundan şəhər əhalisinin çoxu Tiflisi tərk edərək, istirahət üçün dağlara yollanıblar. Ümumiyyətlə, indi paytaxtda əhalinin sayı yetərincə azdı. Biletin qityməti ilə maraqlanmamışam. Mənim üçün dostlar alıblar. Məncə, o qədər də baha deyil. Gürcüstanın futbol ictimaiyyəti ilk oyundan sonra hakimliyi çox müzakirə etdi. Mete Kalkavanın idarəçiliyi onları narazı salmışdı. Ancaq özləri də etriaf edirlər ki, “Samtredia” “Qarabağ”dan zəifdi və bu gün heç bir gürcü komandası Ağdam təmsilçisi ilə bacara bilməz”.
Qonşu ölkədə yetərincə ermənilərin yaşadığını nəzərə alsaq, onların stadiona gələrək tribunalarda bilərəkdən qalmaqal, gərginlik yaratmaq istəyində bulunması da istisna olunmur. Ancaq Namiq bəy belə ehtimalın olmadığını söylədi: “İnanmıram ki, Gürcüstan höküməti bir daha belə insidentə imkan versin. Ötən illərdə yaşananlar artıq hakim dairələr üçün dərs olub”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR