Sizin reklam burada

“Sumqayıt” superliqa təmsilçisinə qarşı

Baxış Sayı:711

“Sumqayıt” superliqa təmsilçisinə qarşı
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirən “Sumqayıt” srağagün Boluda ilk məşqinə çıxıb. Samir Abasov yetirmələrini daha çox fiziki təmrinlər üzərində işlədib. Dünən isə “kimyaçılar” iki məşq ediblər. Səhər saatlarında baş tutan çalışmalarda futbolçular kross qaçıblar, axşam hazırlığı isə ikitərəfli oyunla başa çatıb.
Bu gün isə “gənclik şəhəri”nin təmsilçisi qardaş ölkədə ilk oyuna çıxacaq. Sumqayıtlıların rəqibi superliqa təmsilçisi “Osmanlıspor” olacaq. Qızılcahamam bölgəsində yerləşən “Patalya Thermal Resort Hotel”in stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18.00-da start götürəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR