• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Legioner limiti: problemə baxış və çıxış yolları - ARAŞDIRMA

Aktual / Manşet

18-05-2022, 14:0

AFFA-ın premyer-liqada legioner limitini “6+5” formatında saxlamasını futbol ictimaiyyəti birmənalı qarşılamadı.

Qərardan razı qalanlar da oldu, narazı olub limitin “7+4”, “8+3” formatına keçilməsini, ümumiyyətlə, ləğvini istəyənlər də. Legioner limitinin artırılmasına və ya ləğvinə çağırış edənlər sadə həqiqətləri anlamaqda çətinlik çəkir:

1. Azərbaycanda uşaq futbolu çox zəifdi;
2. Premyer-liqa və 1-ci divizionda həm klubların sayı azdı, həm də onların maliyə vəziyyətləri gecə-gündüz qədər fərqlidi;
3. Əvəzedicilərin çempionatı yoxdu;
4. Premyer-liqanın səviyyəsi aşağıdı.

Növbəti mövsüm elitada mübarizə aparacaq 10 komandadan yalnız 4-ü (“Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”) yaxşı maliyyəyə sahibdi. Qalan 6-sı böyük ölçüdə AFFA-ın yardımı ilə ayaqüstə dayanır. İndi biranlıq düşünün, pulunu balta kəsməyən 4 klub heyətinə Kadi, Vaci, Andrade, Bezerra, Laval, Mboc, Mikels, Volkov səviyyəsində futbolçuları doldurur və qalan 6 komanda ilə səviyyə fərqini daha da yüksəldir. Nəticədə çempionluq və avrokuboklara vəsiqə uğrunda yenə maliyyəsi güclü olanlar mübarizə aparacaq.

Uşaq futbolunun zəifliyi üzündən tək-tük üzə çıxan istedadlı yeniyetmələr potensialını açmaq üçün harda oynamalıdı?! Aşağı yaş qruplarının turniri bərbad halda, əvəzedicilərin çempionatı yoxdu, divizionun səviyyəsi olduqca aşağıdı. Legioner limitini artırır və ya gənc oyunçu limitini ləğv ediriksə, güc-bəla üzə çıxan tək-tük istedadlı yeniyetmələr potensialını daha da açmaq üçün harda şans qazansın?!

Legioner limitinin artırılması milliyə də böyük zərbə olardı. 8 komandalı çempionatda meydanda 5 yerli futbolçunun oynaması ilə yığmanın toplanışına 25 nəfəri çətinliklə dəvət ediriksə, limitin daha da artırılması və ya ləğvi sayəsində milliyə kimi cəlb edəcəyik?! Millət vəkili Aqil Abbas demişkən, yığmada nənəm oynayacaq?! Bəzilərinin “legioner limitinin artırılması və ya ləğvi futbolçularımızın xarici ölkələrə üz tutmasına təkan verəcək” deməsi olduqca gülüncdü. Əvvəla ona görə ki, etnopsixoloji baxımdan biz millət olaraq evimizdən uzaqda qalmağı bacarmırıq. Bu xüsusiyyət futbolçularımızda da özünü göstərir. Hələ çempionatda ortabab məvacib alanlar nəinki legioner həyatı yaşamağı düşünməyə, heç öz üzərində işləməyə də çox həvəs göstərmir. Legioner həyatı yaşamaq istəyəndə də premier-liqanın səviyyəsi aşağı olduğundan avropalı seleksiyaçılar onlara maraq göstərmir. Avropanın zəif futbol çempionatlarına sahib Çernoqoriya, Şimali Makedoniya, Şimali İrlandiya, Baltikyanı ölkələrin futbol agentləri belə oyunçularımıza maraq göstərmir, o ki qala Danimarka, Norveç, İsveç, Xorvatiya, Albaniya, Polşa, Macarıstan kimi ortabab çempionatlara sahib ölkələrin seleksiyaçıları. Bu neçə ildə yalnız Mahir Emreli Avropaya çıxa bildi, Namik Ələskərovun komandası Türkiyənin 1-ci liqasında qala bilmədi. Vüsal İsgəndərli, Vüqar Bəyabalayev, İbrahim Qədirzadə, Tural Bayramlı, Turan Manafov və başqalarının legoner həyatı ən yaxşı halda 6 aydan o tərəfə keçmir. Odu ki, legioner limitinin artırılması və ya ləğvi nəinki futbolçularımızı xaricə üz tutmağa məcbur edəcək, əksinə, onların itib-batması ilə nəticələnəcək.

İndi isə gəlin qonşularımızın və MDB dövlətlərinin milli çempionatlarında tətbiq olunan legioner limitinə nəzər salaq:

Türkiyə

Bizə ən yaxın ölkədə yeni qərara əsasən 2022/23 mövsümündə hər klub sifariş ərizəsinə 10 legioner əlavə edə bilər. Meydana isə eyni anda 6 əcnəbi çıxmalıdı.

İran

Cənub qonşumuzun çempionatında sifariş ərizəsinə 4 legioner daxil etmək mümkündü. Özü də onlardan biri mütləq Asiya dövlətlərinin vətəndaşı olmalıdı.

Ermənistan

Bədnam qonşularımızın çempionatında meydana eyni vaxtda 9 legioner çıxa bilər.

Rusiya

Şimal qonşumuzun premier-liqasında hər klub sifariş ərizəsinə minimum 25 futbolçu daxil edə bilər ki, onlardan 13-ü legioner, 12-si yerli futbolçu olmalıdı. Həmin yerli futbolçulardan 4-ü mütləq klubun öz yetirməsi olmalıdı. Meydana isə eyni vaxtda 8 legioner çıxa bilər. Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan futbolçuları Rusiya premyer-liqasında legioner sayılmır.

Ukrayna

Ölkə çempionatında meydana eyni vaxtda 7 əcnəbi çıxa bilər.

Belarus

Hər klub iştirak ərizəsinə 8 legioner daxil edə bilər. Meydana isə eyni vaxtda 5 əcnəbi çıxmalıdı. Rusiya, Qazaxstan futbolçuları, həmçinin 3 ildən artıq Belarusda yaşayan və yaşı 25-i keçməyən əcnəbilər legioner sayılmır.

Qazaxıstan

Sifariş ərizəsinə 5 legionerin adını salmaq olar. Meydanda eyni vaxtda 4 əcnəbi yer almalıdı.

Özbəkistan
Hər klubun 5 legioner sifariş etmək hüququ var. Onlardan biri Asiya dövlətlərinin vətəndaşı olmalıdı.

Tacikistan
Hər klub 7 legioner sifariş edə bilər. Onlardan biri Asiya dövlətlərinin vətəndaşı olmalıdı. Meydanda isə 5 əcnəbi çıxış edə bilər.

Qırğızıstan
Hər klub iştirak ərizəsinə 4 legioner əlavə edə bilər ki, onlardan biri Asiya dövlətlərinin vətəndaşı olmalıdı.

Baltikyanı ölkələr
Latviya, Litva, Estoniya çempionatlarında Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərin vətəndaşı olan futbolçular legioner sayılmır. Latviya və Litva çempionatlarında meydanda eyni vaxtda 5, Estoniyada isə 4 belə statuslu futbolçu yer ala bilər.

Gürcüstan, Moldova və Tükmənistan çempionatlarında legioner limiti yoxdu.
Hazırda milli komandamız FİFA reytinqində 129-cu sırada qərarlaşıb. “Legioner limitini aradan qaldırmaq lazımdı ki, həm çempionatın, həm futbolçularımızın, həm də yığmanın səviyyəsi qalxsın” deyənlər üçün qonşularımızın və MDB ölkələrinin yığmalarının FİFA reytinqindəki mövqelərini (31 mart 2022) təqdim edirik:

İran 21
Ukrayna 27
Rusiya 36
Türkiyə 43
Özbəkistan 83
Gürcüstan 85
Ermənistan 92
Belarus 93
Qırğızıstan 95
Estoniya 110
Tacikistan 114
Qazaxstan 125
Türkmənistan 134
Latviya 135
Litva 138
Moldova 180

Gördüyünüz kimi, millimiz yalnız 4 ölkədən irəlidədi. Onlardan vaxtilə daim üstün oynayıb, asan məğlub etdiyimiz Latviyaya belə artıq güc gələ bilmirik. Hansı ki, bu il martın 29-da yoldaşlıq görüşündə bizi rahat yendilər. Milliləri bizi üstələyən, futbolçuları xarici ölkələrə axışan qonşu və MDB dövlətlərinin çempionatlarında da limit tətbiq edilirsə, deməli, məsələ onun artırılması və ya ləğvində deyil.

Nə etməli?

Legioner limiti ən azı 3 il “6+5” formatında saxlanılmalıdı. Hər klubun sifariş ərizəsində ən azı 5 yetirməsi olmalıdı. Gənc futbolçuların inkişafı naminə meydanda 21 yaşa qədər müntəzəm 1 yerli futbolçu oynadan kluba AFFA il ərzində 10 min manat vəsait ödəsin. Yetirməsinin əcnəbi klublara keçməsinə şərait yaratdığına görə AFFA hər bir futbolçuya görə həmin kluba 10 min manat ödəsin. İran, Rusiya vətəndaşı olan Azərbaycan kökənli futbolçular ölkəmizdə legioner sayılmasın. Azərbaycanda 3 ildən çox legioner həyatı yaşayan və yaşı 25-i keçməyən əcnəbilər legioner sayılmasın. Yaxın 2 ildə premier-liqa klublarının sayı 14-ə qaldırılmalı, əvəzedicilərin çempionatı bərpa olunmalı, divizion komandalarının sayı 18-ə çatdırılmalıdı. İkinci divizionun yaradılması istiqamətində də addımlar atılmalıdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

4-06-2022, 11:0

Elmar Baxşıyev yeni qərarın komandalar arasında uçurum yaradacağını düşünür - AÇIQLAMA

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Premyer-liqa / Manşet

3-04-2022, 19:0

"Qarabağ"la izləyicisi arasındakı xal fərqi 11-ə çatdı - YENİLƏNİB

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Premyer-liqa

31-05-2022, 21:0

Premyer-liqa ilə bağlı vacib qərar verildi

Ölkə futbolu

4-06-2022, 13:0

Vaqif Sadıqov: “Ehtimal var ki, klublara böyük maliyyə dəstəyi olacaq”

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə