Sizin reklam burada

“Qarabağ” kubokla erkən vidalaşdı

Baxış Sayı:567

“Qarabağ” kubokla erkən vidalaşdı
Elvin Bədəlov da Avstriyada oynayacaq

Avstriya kubokuna start verilib. Bu mövsüm 2-ci divizionda mübarizəyə start verəcək “Qarabağ” kubokla elə ilk mərhələdən vidalaşıb. Heyətdə köklü islahatlar həyata keçirən “qırmızılar” doğma meydanda “Blau-Vays”a müqavimət göstərə bilməyib – 1:5. Vyanalıların təsəlli qoluna 13-cü dəqiqədə yeni transfer Ercan Kara imza atıb. Qonaqların heyətində Florian Templ və Patrik Şaqerl dubl edib. Yakub Krayzer isə hesabı açan futbolçu olub.
Qeyd edək ki, “Qarabağ” 2-ci divizionun Şərq bölgəsində mübarizə aparacaq. 17 komandanın qüvvəsini sınayacağı yarış avqustun ilk həftəsində start götürəcək. “Qırmızılar” ilk turda “Amstetten”in qonağı olacaq. Bu qarşılaşma gələn ayın 4-ə təsadüf edəcək.
Bu arada dünən Vyana klubu növbəti transferini rəsmiləşdirib. Gözlənildiyi kimi, “Neftçi” ilə müqavilə müddətini uzatmaqdan imtina edən Elvin Bədəlov bundan sonra karyerasını Avstriyada davam etdirəcək. Ancaq gənc mərkəz müdafiəçisi ilə müqavilənin müddəti açıqlanmayıb. Xatırladaq ki, buna qədər 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Dmitri Nağıyev “Dnepr”dən transfer edilmişdi.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR